Icma.az
close
up
RU
Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ ilə İran arasında keçiriləcək danışıqların altıncı raundu iyunun 15-nə planlaşdırılıb. Bu danışıqların başlıca mövzusu, xüsusilə İranın nüvə proqramı və onunla əlaqəli məsələlər olacaq. ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun mümkün uranın zənginləşdirilməsindən imtina etmək istəmədiyini və buna görə də Tehran ilə razılaşmaya hələlik yanaşmadığını bildirib. İranın ali dini lideri Seyid Əli Xamenei isə Vaşinqtonun şərtlərinin ölkənin maraqlarına zidd olduğunu vurğulayıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi ki, tərəflər artıq 6-cı dəfə görüşməyə hazırlaşır və əgər nəticə əldə edilməsəydi, tərəflər elə birinci dəfədən prosesi dayandırardılar:

"Ehtimal edirəm ki, ictimaiyyət üçün açıqlanmasa belə, tərəflər arasında İranın nüvə proqramı və bu məsələ ilə bağlı İrana tətbiq olunan sanksiyalarla bağlı müəyyən razılaşmalar var. Bu razılaşmalar hələ yekun qərara, yekun sənəd formasına çatmasa belə, tərəflərin mütəxəssisləri işləyir və onun detallarını hazırlayırlar. Çünki görüş adi mütəxəssislər səviyyəsində deyil, hər iki ölkənin yüksək səviyyəli diplomatik heyəti arasında keçirilir. Ona görə də bu görüşün əhəmiyyəti və bu görüşlərin davamlı olacağı ehtimalı daha çoxdur".

Politoloqun fikrincə, tərəflərin bu müddət ərzində bir-birinə qarşı hərbi ritorikadan istifadə etməsinin səbəbi isə çəkindirmə xarakteri daşıyır.

"Fikrimcə, bu görüşdən sonra növbəti görüşlər keçiriləcək. Çünki növbəti görüşlərin keçirilməsi, bu, birbaşa olmayan görüşlərin perspektivdə birbaşa görüşlər, danışıqlar səviyyəsinə gətirib çıxarılmasına hədəflənib. Çünki Tehran hakimiyyəti yaxşı bilir ki, danışıqlar aparıb, görüşlər keçirməkdən başqa bir yol yoxdur. Tehran hakimiyyəti arxasında dayanan böyük güclər belə artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar",- deyə Sədrəddin Soltan vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 İyun 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see221

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see213

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see208

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see202

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see165

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see164

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see138

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see137

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see137

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see134

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see133

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see132

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see132

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see131

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see128

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see126

Bomba sığınacağında 1 saat...

25 Oktyabr 2025 18:34see124

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see123

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see123

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri