Icma.az
close
up
RU
Azərbaycanın Çindəki səfirliyində Xocalı qurbanları anılıb

Azərbaycanın Çindəki səfirliyində Xocalı qurbanları anılıb

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Xocalı soyqırımının 33-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində anım tədbiri keçirilib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Çindəki səfirliyindən bildirilib.

Qeyd edilib ki, tədbirdə Çində akkreditə olunan diplomatik nümayəndəliklər ilə yanaşı, elmi və ictimai dairələrin nümayəndələri, həmçinin Pekində yaşayan vətəndaşlarımız iştirak edib. İlk öncə şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Səfirliyin həyətindəki Xarı bülbül barelyefinin önünə əklil qoyulub, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov çıxışında Xocalıda törədilmiş qətliam barədə ətraflı məlumat verərək Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərini işğalı zamanı törətdikləri vəhşiliklərdən danışıb. Səfir bildirib ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə erməni millətçi-şovinistlərinin etnik təmizləmə və soyqırım siyasətinə məruz qalıb. Xocalı soyqırımı bu aqressiv və etnik nifrət üzərində qurulmuş erməni siyasətinin nəticəsidir. Xocalı qətliamı eyni zamanda Azərbaycanın müstəqillik mübarizəsinin bir parçasıdır. Xocalı faciəsi bizə tariximizi unutmamağı, ədalət uğrunda mübarizə aparmağı öyrədir. Son illər Xocalı faciəsini fərqli hislərlə yad edirik. Bu gün Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi, Silahlı Qüvvələrimizin rəşadəti və xalqımızın vəhdəti nəticəsində torpaqlarımız işğaldan azad olunub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Qaçqın köçkün sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunub. Xocalıda qətlə yetirilmiş günahsız insanların xatirəsi 2024-cü il fevralın 26-da ilk dəfə Xocalı şəhərində anılıb. İşğaldan azad olunmuş ərazilərdə dövlətimiz tərəfindən aparılan yenidənqurma işləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyat bərpa olunur. Bu işlər çərçivəsində Xocalı torpağı bütün dünyanın gözü önündə cənnətə çevrilir. Şəhərdə yaşayış kompleksləri inşa edilir, parklar salınır, lazımi infrastruktur yaradılır. Ermənistanın işğalından azad edilmiş bölgələrdə ailələrin yerləşdirilməsi üzrə “Böyük Qayıdış” proqramının icrasına başlanılıb.

Tədbir çərçivəsində Xocalı faciəsi barədə dünya mətbuatında çap olunan məlumatların foto sərgisi, həmçinin özündə soyqırımın şahidlərinin müsahibələrini və işğaldan azad olunmuş Xocalı şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət bayrağının qaldırılması və şəhərdə aparılan quruculuq işlərini əks etdirən video çarx nümayiş olunub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Fevral 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri