Dünya və Avropa çempionu butslarını mismardan asdı
Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qalatasaray”ın sabiq futbolçusu Xuan Mata 38 yaşında peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
Apasport.az xəbər verir ki, son olaraq Avstraliyanın “Melburn Viktori” klubunda çıxış edən ispaniyalı futbolçu sosial şəbəkə hesabında futbolla vidalaşdığını bildirib.
Mata 2022/23-cü illərdə “Qalatasaray”da çıxış edib və Türkiyə çempionu olub. O, İstanbul klubunun heyətində 18 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Karyerası ərzində “Valensiya”, “Çelsi” və “Mançester Yunayted” kimi klublarda da çıxış edən Mata Çempionlar Liqası, Avropa Liqası və İspaniya Kubokunun qalibi olub. İspaniya millisi ilə 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionluğu yaşayıb.
Qeyd edək ki, təcrübəli futbolçu peşəkar karyerasını 699 oyun, 148 qol və 166 məhsuldar ötürmə ilə başa vurub.
“Qalatasaray”ın müdafiəçisi millidə zədələnib Fransa millisinin sabiq üzvü karyerasını BAŞA VURUB “Qalatasaray”ın futbolçusu oyuna çıxmamış zədələndi “Strasbur”un yeni baş məşqçisi bəlli olur A Seriyası klubunda yeni müqavilə - RƏSMİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 18 Noyabr 2026 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















