Azərbaycanın cüdo millisi Qran prini dörd medalla tamamladı
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Avstriyanın Lints şəhərində keçirilən cüdo üzrə Qran-pri turniri başa çatıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan beynəlxalq yarışı dörd medalla tamamlayıb.
Mübarizənin son günündə Camal Qamzatxanov bürünc mükafata yiyələnib.
+100 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada Gürcüstan təmsilçisi İrakli Demetraşvili üzərində əzmkar qələbə qazanıb.
Xatırladaq ki, daha əvvəl Ruslan Paşayev (66 kq) qızıl, Vüsal Qələndərzadə (81 kq) gümüş, Ömər Rəcəbli (81 kq) isə bürünc medala yiyələniblər.
Yekunda bir qızıl, bir gümüş və iki bürünc medal əldə edən milli komandamız 59 ölkə arasında ümumi hesabda üçüncü, kişilərin yarışında isə birinci yeri tutub.
Bu mövzuda digər xəbərlər:Azərbaycan millisi Qran prini 4 medalla başa vurdu
28 İyun 2026 21:15
Azərbaycanın cüdo millisi Vətənə iki medalla qayıdıb
25 Avqust 2026 12:42
Azərbaycan cüdoçuları Qran prini 9 medalla başa vurdular
20 Oktyabr 2025 10:34
Azərbaycanın dörd cüdoçusu Sindao Qran prisində mübarizəyə başlayır
27 İyun 2026 06:50
Azərbaycanın stolüstü tennis millisi MDB Oyunlarını 9 medalla başa vurub
29 Sentyabr 2025 12:44
Baxış sayı:192
Bu xəbər 08 Mart 2026 23:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















