Bu ölkənin prezidenti istefa verdi
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux vəzifəsindən istefa verəcəyini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, dövlət başçısı bu barədə noyabrın 17-də keçirdiyi mətbuat konfransında danışıb. O, son bir ay ərzində nüfuzuna və prezidentlik institutuna qarşı hücumların olduğunu, ağır ittihamlarla üzləşdiyini bildirib.
Xurelsux ona qarşı irəli sürülən ittihamların araşdırılmasını dəstəklədiyini və bu prosesdə əməkdaşlığa hazır olduğunu vurğulayıb. Online alış-veriş
İstefa qərarı ölkədə prezidentin korrupsiya qalmaqalında adının hallanmasından sonra verilib. Söhbət Tavan Tolqoy–Qaşaqantsaqad dəmir yolu layihəsi ilə bağlı təxminən 110 milyon dollarlıq mümkün korrupsiya iddialarından gedir.
Monqolustan Demokrat Partiyasının nümayəndələri noyabrın 16-da prezidentin də daxil olduğu bir sıra yüksək vəzifəli şəxslərin istefasını və barələrində araşdırma aparılmasını tələb ediblər. Partiya iddiaların parlament səviyyəsində araşdırılmasını da gündəmə gətirib.
Xurelsux isə ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirərək nüfuzuna xələl gətirən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib.
Qeyd edək ki, Xurelsux 2021-ci ildən Monqolustanın prezidentidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 17 Noyabr 2026 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















