Icma.az
close
up
RU
Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir

Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın əsas prioritetlərindən biri “İbrahim razılaşmaları”nın genişləndirilməsidir və yaxın vaxtlarda bu razılaşmalara bir neçə ölkənin qoşulacağı gözlənilir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff məlumat verib.

“Prezidentin əsas məqsədlərindən biri odur ki, “İbrahim razılaşmaları”na daha çox ölkə qoşulsun. Düşünürəm ki, yaxın zamanda bu razılaşmalara yeni ölkələrin qatılması ilə bağlı mühüm açıqlamalar veriləcək”, – deyə o, "CNBC" telekanalına müsahibəsində bildirib. Uitkoff əlavə edib ki, ABŞ elə ölkələrlə münasibətləri normallaşdırmağa çalışır ki, insanların bəzilərinin ağlına belə gəlməz. Onun sözlərinə görə, bu addım Yaxın Şərqdə sabitliyin təmin olunmasına kömək edəcək.

Qeyd edək ki, Tramp birinci prezidentlik dövrünün əsas uğurlarından biri kimi “İbrahim razılaşmaları”nı göstərir. Bu razılaşmalar 2020–2021-ci illərdə ABŞ-nin vasitəçiliyi ilə İsrail və bir sıra ərəb ölkələri arasında əldə olunub.  2020-ci ildə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş İsraillə münasibətləri normallaşdırıb. 2021-ci ildə isə Sudan İsraillə diplomatik əlaqələr quracağını elan edib.

Bu razılaşmalardan əvvəl ərəb ölkələrindən yalnız Misir (1979-cu ildə) və İordaniya (1994-cü ildə) İsraillə rəsmi münasibətlər qurmuşdu. Trampın nümayəndəsi daha əvvəl bildirmişdi ki, yaxın gələcəkdə Səudiyyə Ərəbistanı ilə yanaşı, Livan, Liviya və Suriya da “İbrahim razılaşmaları”na qoşularaq İsraillə münasibətləri normallaşdıra bilər. 

Məlumat üçün bildirək ki, Azərbaycanın da “İbrahim razılaşmaları”na qoşulacağı barədə xəbərlər yayılıb. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 İyun 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri