Icma.az
close
up
RU
Azərbaycanın da superkompüteri olacaq

Azərbaycanın da superkompüteri olacaq

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bu infrastruktur süni intellektin tətbiqinə çevik imkanlar yaradacaq

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə “Sənaye 4.0: imkanlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, dəyirmi masa İqtisadiyyat Nazirliyi tərəfindən yaradılacaq superkompüter infrastrukturuna dair müəssisələrin ehtiyaclarını müəyyənləşdirmək və qarşılıqlı əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə təşkil edilib. Masada süni intellekt və yüksək performanslı hesablama sahəsində fəaliyyət göstərən müəssisələrin, eləcə də ali məktəb, tədqiqat institutları və texnoloji startapların 50-dən çox mütəxəssislərinin hesabatları dinlənilib.

Dəyirmi masada İqtisadiyyat Nazirliyinin rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov bildirib ki, superkompüter infrastrukturu yüksək hesablama gücünə tələbatın artdığı bir dövrdə mürəkkəb iqtisadi modellərin qurulması, məlumatların dərindən təhlili və süni intellektin tətbiqi sahələrində dayanıqlı və çevik həllər təqdim etmək məqsədilə yaradılır.

Qeyd olunub ki, superkompüterdən Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması, böyükhəcmli məlumatların (“Big Data”) yaradılması və təhlili, investisiya qoyuluşlarının modelləşdirilməsi, tədqiqatların aparılmasında və s. istifadə olunması planlaşdırılıb. Dövlət qurumları ilə yanaşı, özəl sektorun və vətəndaş cəmiyyətinin bu infrastrukturdan yararlanması nəzərdə tutulub.

4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov superkompüter infrastrukturunun böyükhəcmli məlumatların sürətli emalı, mürəkkəb hesablama və təhlillərin aparılması üçün vacib vasitə olduğunu vurğulayıb. Bu infrastrukturun sənayenin rəqəmsallaşması, avtomatlaşdırma və “ağıllı” istehsal sistemlərinin inkişafına zəmin yaratdığı qeyd olunub.

Tədbirdə superkompüter texnologiyalarının tətbiqi və inkişafı ilə bağlı beynəlxalq təcrübə barədə təqdimat nümayiş olunub. Superkompüter infrastrukturunun texniki imkanları barədə məlumat verilib. Bildirilib ki, superkompüter 1.2 PFLOPS gücündədir. Superkömpüter NVİDİA H200 qrafik çipləri əsasında yığılıb.

Dəyirmi masada iştirak edən mütəxəssislər ölkəmizdə superkompüter infrastrukturunun yaradılmasının müsbət addım olduğunu vurğulayıblar. Bu infrastrukturun nəticələrin dəqiq hesablanması, daha sürətli və daha dəqiq iqtisadi proqnozlaşdırma və analiz, qərar qəbuletmədə simulyasiya və əsaslandırılmış arqumentlərə əsaslanmaya imkan verəcəyi bildirilib.

Tədbirdə məlumatların emalı və analitik potensialın artırılmasının önəmi qeyd edilib. Mütəxəssislər ölkədə yüksək hesablama gücünə olan tələbat, texniki ehtiyaclar, infrastrukturdan istifadə və elmi-tədqiqat potensialının gücləndirilməsi kimi mövzularda fikir mübadiləsi aparıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 May 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri