Icma.az
close
up
RU
Deputat: Ukrayna da Azərbaycanın keçdiyi yolu keçməli olacaq

Deputat: Ukrayna da Azərbaycanın keçdiyi yolu keçməli olacaq

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Avqustun 18-də Vaşinqtondakı Kiyevə dəstək sammitində bəyanatların verilməsinə, razılaşmaların əldə olunmasına baxmayaraq, rusların Ukraynaya növbəti kütləvi hücum təşkil edib mülki infrastrukturu hədəf aldı. Bununla Moskva bir daha nümayiş etdirdi ki, məqsədlərinə çatmaq üçün terror üsullarından istifadə etməkdən imtina etməyib və etməyəcək”.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, mülki əhaliyə qarşı müharibənin bu məntiqi Azərbaycana yaxşı məlumdur. “Qərbin bir hissəsinin dəstəklədiyi və haqq qazandırdığı onilliklər boyu Ermənistanın işğalı göstərdi ki, işğalçı üzərində qələbə uzun və ağrılı prosesdir. Yalnız öz ordusunun və xalqının gücü ilə, böyük səylər və fədakarlıqlar bahasına Bakı 2020-ci ildə işğal altındakı torpaqlarının azad edilməsinə, daha sonra isə 2023-cü ildə suverenliyinin və ərazi bütövlüyünün yekun bərpasına nail oldu”, - o vurğulayıb.

Deputat əlavə edib ki, Ukrayna da eyni yolla getməli olacaq: “Azərbaycanın getdiyi yolu təkrarlamalı olacaq. Yeganə fərq ondadır ki, Kiyev öz müttəfiqlərindən kifayət qədər irimiqyaslı yardım alır ki, Azərbaycanın o vaxtlar bunu ancaq xəyal edə bilərdi. Amma bu yardım belə müharibəni qısa zamanda bitirməyə kifayət etmir. Mülki əhaliyə qarşı döyüşməyə hazır olan təcavüzkar sona qədər öz taktikasından əl çəkməyəcək”.

Deputat həmçinin deyib ki, Brüsselin Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyi üçün əhəmiyyəti barədə sonsuz bəyanatları fonunda Qərbin Rusiyanın Ukraynadakı SOCAR obyektlərinə raket zərbələri endirməsinə susmağa davam etməsi çox təəccüblüdür: “Nə bir qınama, nə də sərt bəyanat var. Bu, təkcə Bakıya deyil, həm də Kiyevə siqnaldır. Bu isə onu deməyə əsas verir ki, ilk növbədə öz gücünə arxalanmalısan.

Vaşinqton sammiti göstərdi ki, Ukraynanın müttəfiqləri var. Amma elə həmin gecə Rusiya göstərdi ki, hələ də raketləri var. Avropanın isə SOCAR-a qarşı hücumlara susması bizə xatırlatdı ki, beynəlxalq dəstəyin öz həddi var və işğalçılara qarşı mübarizə həmişə insanın öz mətanətinin sınağıdır”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Avqust 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri