Azərbaycanın daha iki boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycanın daha iki boksçusu Rumıniyada gənclər arasında keçirilən “Drakula Open” turnirinə qələbə ilə başlayıb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Nihat Qasımov (51 kiloqram) 1/8 finalda Kristian Serbanı (Rumıniya) sınağa çəkib. Görüş təmsilçimizin 5:0 (29:27, 29:27, 30:26, 30:26, 30:26) hesablı qələbəsi ilə başa çatıb. N.Qasımov 1/4 finalda ilk mərhələdən azad olan Maksim Maşevki (Ukrayna) ilə üz-üzə gələcək.
Zidan Hümbətov (54 kiloqram) isə ilk görüşündə rumıniyalı Emzar Qransianı birinci raundda tam üstünlüklə məğlub edib. Z.Hümbətov 1/4 finalda Roman Spakla (Moldova) qarşılaşacaq.
Qeyd edək ki, “Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 20 Fevral 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















