Icma.az
close
up
RU
Azərbaycanın daxil olduğu regionda buzlaqların əriməsi layihəsinə 250 mln. dollar ayrılıb

Azərbaycanın daxil olduğu regionda buzlaqların əriməsi layihəsinə 250 mln. dollar ayrılıb

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaşıl İqlim Fondu (YİF) Asiya İnkişaf Bankının (AİB) “Buzlaqlardan Təsərrüfatlara” proqramı üçün 250 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

Bu “APA-Economics” AİB-ə istinadən xəbər verir. Məlumata görə, uyğunlaşmaya dair aparıcı proqramın əsas məqsədi Mərkəzi Asiya, Cənubi Qafqaz və Pakistanın buzlaqlardan asılı olan ərazilərində yaşayan həssas icmalar üçün dayanıqlı su və kənd təsərrüfatı sistemlərinin yaradılmasıdır.
YİF-in ayırdığı vəsait əsasən qrantlar şəklində təqdim olunacaq və proqramın əhatə etdiyi ölkələr tərəfindən müəyyən edilmiş bir sıra layihələr üçün AİB-in növbəti on il ərzində nəzərdə tutduğu 3,25 milyard ABŞ dolları həcmindəki vəsaitlə birgə investisya olunacaq. Buzlaqların sürətlə əriməsinə görə artan quraqlıqlar və ya daşqınlar fonunda səmərəli suvarma, su anbarlarının yaradılması və su hövzələrinin idarə olunmasına investisiya ayrılacaq və bu layihələr kənd təsərrüfatında məhsuldarlığı artırmağa kömək edəcək.

“Buzlaqların sürətlə azalması bölgəmizin üzləşdiyi ən mürəkkəb inkişaf problemlərindən biridir,” – AİB-in Kənd Təsərrüfatı, Qida, Təbiət və Kənd yerlərinin İnkişafı Departamentinin direktoru Yasmin Siddiqi bildirib. “İcmaların uyğunlaşmasına kömək etmək üçün praktik, miqyaslı və elmə əsaslanan həllərə ehtiyacımız var. YİF-in katalitik dəstəyi ilə “Buzlaqlardan Təsərrüfatlara” təşəbbüsü regionun pərakəndə layihələrə deyil, insanları və həyat şəraitini həm indi, həm də gələcək nəsillər üçün qoruyan sistemli və uzunmüddətli dayanıqlılığa yönəlməsinə kömək edəcək.”

“Buzlaqlardan Təsərrüfatlara” təşəbbüsü AİB-in inkişaf etməkdə olan 9 üzv ölkəsini – Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanı – əhatə edir. Bu ölkələrin hamısında kənd təsərrüfatı, içməli su və elektrik enerjisinin istehsalı buzlaq və qar sularından qidalanan çaylardan asılıdır. Buzlaqların sürətlə əriməsi bu xidmətlər və həyat şəraiti üçün təhlükədir, habelə təxminən hər dörd iş yerindən birinin kənd təsərrüfatı sahəsində olduğu bu ölkələr üçün ciddi çağırışdır.

Proqram buzlaqla qidalanan dörd çay hövzəsinə – Mərkəzi Asiyada Narın və Pyanc, Cənubi Qafqazda Kür və Pakistanda Svat çaylarına – diqqət yetirəcək və təxminən 27 milyon hektar ərazini əhatə edəcək.

Ucqar dağlıq ərazilərdə yaşayan fermerlər və həssas əhali də daxil olmaqla, təxminən 13 milyon insan proqramdan birbaşa faydalanacaq. Bu təşəbbüs milli inkişaf planları və investisiya istiqamətlərinin müəyyənləşdirilməsində vacib amil olan iqlim və buzlaqlar üzrə qiymətləndirmələrə dəstək olacaq.

Proqram həmçinin, müşahidə və erkən xəbərdarlıq sistemlərini gücləndirəcək ki, bu da icmaların buzlaq göllərinin daşması və uzunmüddətli quraqlıq kimi təbii fəlakətlərin təsirlərini idarə etməsinə kömək olacaq.

“Buzlaqlardan Təsərrüfatlara” təşəbbüsü kənd təsərrüfatı ilə yanaşı su qıtlığı və ekstremal istilik dalğalarının təsirlərinə məruz qalan həssas icmalar üçün adaptiv sosial müdafiə mexanizmlərinə və səhiyyə xidmətlərinə dəstək verəcək. Proqram, həm də yerli bankların potensialını gücləndirərək, xüsusilə qadınlar tərəfindən idarə olunan kənd təsərrüfatı müəssisələrinə dəstək olacaq.

“‘Buzlaqlardan Təsərrüfatlara” proqramı genişmiqyaslı, innovativ və birgə səylərə nümunədir. Bu səylər iqlimin buzlaqlardan qidalanan su sistemlərinə təsirlərini idarə etmək üçün Mərkəzi və Qərbi Asiya ölkələrinin uyğunlaşmaya dair planlaşdırmanı və əməkdaşlığı gücləndirməsinə kömək edəcək,” – YİF-in Şərqi Avropa, Mərkəzi Asiya və Yaxın Şərq Regionu Departamentinin direktoru Thomas Eriksson bildirib. “Bu proqram regiondakı su və qida sistemləri üzrə uzunmüddətli dayanıqlılığa nail olmaq üçün məlumatların, koordinasiyanın və maliyyə hazırlığının yaxşılaşdırılması ilə transformativ bir etalon yaradır.”

Dünyanın ən böyük iqlim fondu olan YİF, 29 oktyabr tarixində keçirilən İdarə Heyətinin 43-cü iclasında “Buzlaqlardan Təsərrüfatlara” proqramı üçün güzəştli maliyyələşdirməni təsdiqləyib. 2024-cü ildə YİF tərəfindən maliyyələşdirilən buzlaqlara dair riskin qiymətləndirilməsi proqramın elmi və texniki əsasını formalaşdırmağa kömək edib.

AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır. AİB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Oktyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see250

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see204

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see175

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see174

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see169

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see161

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see151

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see136

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see132

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see130

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see128

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see125

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see124

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri