“Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri qəbuledilməzdir” Ekspert
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri, əlbəttə ki, qəbuledilməzdir. Bu cür cəhdlər, ilk növbədə, beynəlxalq hüququn əsas prinsiplərinə ziddir”.
Bunu 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) şöbə müdiri Mətin Məmmədli deyib.
Ekspert bildirib ki, BMT Nizamnaməsinin ikinci bəndi bir dövlətin digər dövlətin daxili işlərinə qarışmasını yolverilməz hesab edir: “Digər tərəfdən, iki ölkə arasında münasibətlərin mahiyyəti də, xarakteri də belə cəhdləri qəbuledilməz hesab edir. Yəni Azərbaycan və Türkiyə ən yaxın müttəfiq dövlətlərdir. Müttəfiqliyimiz strateji xarakter daşıyır. Bu səbəbdən həm beynəlxalq hüquq normaları, həm də iki dövlət arasındakı münasibətlər kontekstində belə cəhdləri qəbul edilə bilməz”.
O əlavə edib ki, Azərbaycan müstəqil xarici və daxili siyasət həyata keçirir: “Bu, dövlət olaraq bizim suveren hüququmuzdur. Həmin hüquqlar heç bir dövlət, o cümlədən müttəfiq dövlət və ya həmin dövlətin ayrı-ayrı dairələri tərəfindən pozula bilməz. Azərbaycanın xarici siyasəti bərabərhüquqluluq, qarşılıqlı hörmət və dövlətlərin müstəqilliyinə, suverenliyinə hörmət prinsiplərinə əsaslanır. Biz digər dövlətlərlə münasibətlərimizdə bu prinsiplərə xüsusi diqqət yetirir, onlara riayət edirik. Heç bir dövlətin qərarlarına müdaxilə etmir, onun daxili işlərinə qarışmırıq. Eyni münasibəti də digər dövlətlərdən gözləyirik. Ümid edirəm ki, qardaş Türkiyədən qaynaqlanan və ölkəmizə qarşı yönəlmiş bu cür cəhdlər dayandırılacaq, ikitərəfli münasibətlərdə meydana çıxan bəzi problemlər aradan qaldırılacaq”.
PƏRVANƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 18 Oktyabr 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















