Azərbaycanın dayanıqlı enerji siyasətində növbəti uğur
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Prezident İlham Əliyevin 8 yanvar 2026-cı ildə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində etdiyi çıxış Azərbaycanın enerji siyasətinin hazırkı mərhələsini, ölkənin iqtisadi inkişaf strategiyasını və gələcəyə yönəlik məqsədlərini ətraflı şəkildə ortaya qoyan mühüm bir sənəd xarakteri daşıyır. Dövlət başçısı çıxışında qeyd etdi ki, son illər ərzində Azərbaycanın enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və uzunmüddətli inkişafı ölkənin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Bu sahədə görülən genişmiqyaslı işlər nəticəsində enerji təhlükəsizliyi möhkəmlənib, yeni generasiya gücləri yaradılıb və enerji sektorunda dayanıqlı inkişaf strategiyası formalaşdırılıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün respublikamızın müxtəlif bölgələrində bərpaolunan enerji növlərinin inkişafı uğurla həyata keçirilir, külək və günəş enerjisindən istifadənin genişləndirilməsi yalnız enerji istehsalının artırılmasına deyil, həm də ekologiyanın qorunmasına, iqtisadi şaxələndirməyə və innovativ texnologiyaların tətbiqinə xidmət edir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının fəaliyyətə başlaması isə bu istiqamətdə atılan ən mühüm addımlardan biridir. Uzunmüddətli layihələndirmə, iri həcmli investisiya və müasir texnoloji həllər tələb edən bu stansiyanın inşası həm mürəkkəb, həm də yüksək məsuliyyət tələb edən proses olub və bu gün artıq ölkəmizin enerji potensialını daha da gücləndirən strateji obyektə çevrilib. Prezident çıxışında ölkəmizin əlverişli investisiya iqliminə malik olduğunu xüsusi qeyd edərək bildirdi ki, Azərbaycan bu illər ərzində 300 milyard dollardan çox xarici sərmayə cəlb etməklə öz iqtisadi sabitliyini, beynəlxalq aləmdə etibarlı tərəfdaş olduğunu sübut edib. Dövlət başçısının diqqətə çatdırdığı mühüm məqamlardan biri də Azərbaycanın çox aşağı səviyyədə xarici borca malik olmasıdır ki, bu göstərici ümumi daxili məhsulun təqribən 6 faizindən bir qədər çoxunu təşkil edir və ölkənin maliyyə nizam-intizamının, iqtisadi gücünün bariz nümunəsidir. Bütün bunlar Azərbaycanın yalnız bu günü deyil, gələcəyi üçün də güclü iqtisadi baza formalaşdırdığını göstərir. Prezident İlham Əliyev çıxışında həmçinin qeyd etdi ki, yaxın illərdə ölkəmizin bərpaolunan enerji potensialı daha da artacaq, yeni stansiyalar tikiləcək, mövcud enerji infrastrukturu daha da genişləndiriləcək və Azərbaycan regionda etibarlı, böyük enerji generatoru kimi mövqelərini daha da möhkəmləndirəcək. Bununla yanaşı, ölkəmizdə bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr əsasən xarici investorlar tərəfindən reallaşdırılan genişmiqyaslı təşəbbüslərdir və bu, ölkəyə əlavə sərmayələrin cəlb olunmasına, beynəlxalq əməkdaşlığın güclənməsinə, yeni iş yerlərinin yaradılmasına və iqtisadi aktivliyin artmasına mühüm təsir göstərir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı yalnız bir infrastruktur obyektinin istifadəyə verilməsi deyil, həm də Azərbaycanın enerji müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi gücünün artırılması, ekoloji təmiz və dayanıqlı enerji siyasətinin həyata keçirilməsi istiqamətində atılmış mühüm addımdır. Bu layihə ölkəmizin gələcək inkişafına, enerji təhlükəsizliyinə, ixrac imkanlarının genişlənməsinə və Azərbaycanın dünya enerji bazarında daha güclü mövqeyə sahib olmasına xidmət edir. Prezident İlham Əliyevin açılış mərasimində etdiyi çıxış bir daha təsdiqlədi ki, Azərbaycan enerji sahəsində qətiyyətli siyasət yürüdür, müasir çağırışlara uyğun addımlar atır və ölkəni daha güclü, daha dayanıqlı və daha inkişaf etmiş gələcəyə doğru aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 12 Yanvar 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















