Azərbaycanın enerji siyasətində bərpa olunan enerji mənbələri ŞƏRH
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikası Cənubi Qafqazda yerləşən digər dövlətlərdən fərqli olaraq zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna sahibdir. Həmçinin Azərbaycan öz qonşuları ilə yanaşı Türkiyə və Avropanın enerji təminatında xüsusi rolu oynayır. Ölkənin enerji siyasəti həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və dünyada geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. Azərbaycan Respublikasının enerji siyasətinin əsas istiqamətlərindən biri də ölkənin Cənubi Qafqaz və Xəzər hövzəsinin elektrik enerjisi ixrac edən əsas dövlətlərindən birinə çevrilməsidir.
Azərbaycan dövləti hazırda müstəqil milli enerji sektorunun yaradılması və davamlı iqtisadi inkişafının təmin edilməsi məqsədilə çevik enerji siyasəti həyata keçirir. Ölkənin elektrik enerjisinə olan daxili ehtiyacının fasiləsiz təmin edilməsi Azərbaycanın enerji təhlükəsizliyinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə son illərdə böyük işlər görülmüşdür. Belə ki, qarşıya qoyulmuş əsas vəzifələrdən biri də milli elektrik enerjisi sisteminin müasir texniki tələblərə uyğun şəkildə yenilənməsi və Avropa standartları səviyyəsinə çatdırılmasıdır. Habelə daxili enerji tələbatının tam ödənilməsi və qonşu ölkələrə elektrik enerjisi satışının artırılmasıda qarşıya qoyulan vəzifələrdən biridir.
Milli elektrik enerji sistemi xüsusən də 2001-ci ildən başlayaraq enerji istehsal edən əksər strukturları yenidən qurulmuş, ölkədaxili və Azərbaycanı xarici ölkələrlə birləşdirən magistral elektrik xətləri yenilənmiş və yeni xətlər çəkilmişdir. Ölkənin müxtəlif rayonlarında onlarla böyük və kiçik su, külək və günəş elektrik stansiyaları tikilmişdir. Bu da nəinki ölkənin elektrik enerjisinə olan illik təxminən 18 milyard kvt/saat daxili tələbatını ödəməyə, eyni zamanda, qonşu ölkələrə 2,5 milyard kvt/saata yaxın enerji ixrac etməyə imkan vermişdir.
Dünyada müasir dövrün əsas hədəflərindən biri də ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçiddir. Ölkəmizdə də bu sahənin gələcək inkişafına böyük intestisya qoyulur. 2030-cu ilədək elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 30 faizə qədər çatdırılması nəzərdə tutulmaqdadır. Şərqi Zəngəzur və Qarabağ iqtisadı rayonunun “Yaşıl Enerji” Zonasına çevrilməsi də ölkəmizin enerji siyasətinin əsas prioritetdir. Ümumiyyətlə bərpa olunan enerji mənbələrindən istifadə olnmasına hər il daha cox investisyalar qoyulmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin prioritet istiqamətlərindən biri bərpa olunan enerji mənbələrindən istifadənin şaxələndirilməsi və genişləndirməsi kimi müəyyən edilib.
İlham Əliyevin bu sahədə islahatların sürətləndirilməsi haqqında 29 may 2019-cu il tarixli, 1209 nömrəli Sərəncamı enerji bazarında liberallaşma, rəqabətin artırılması xüsusi ilə yaşıl enerjiyə keçidin hüquqi əsasını formalaşdırdı. 31 may 2021-ci il tarixində qəbul edilmiş “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında növbəti qanun bu sahədə hüquqi, iqtisadi və təşkilati əsasları, həmçinin yaşıl enerjinin təşviq edilməsi üçün dəstək mexanizmlərini tənzimləyən mühüm normativ baza kimi çıxış edir.
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində enerji istehsalının artırılması və bu sahədə yaşıl enerjiyə keçid milli inkişafın əsas hədəflərindən biri kimi müəyyənləşdirilib.
Ölkə ərazisində yaşıl enerji mənbələrinin texniki potensialı mütəxəssilərin hesablamalarına əsasən quruda 135 QVt, dənizdə 157 QVt-dır.
Hal hazırda “Yaşıl enerji” sahəsində böyük işlər görülməkdədr. Bu layihələr arasında yerli və beynəlxalq investorlarla bərabər həyata keçirilən külək və günəş stansiyaları xüsusi əhəmiyyət daşıyır.
BƏƏ-nin maliyyə dəstəyi ilə 2023-cü ilin 26 oktyabr tarixində 230 MVt gücündə “Qaradağ” GES pilot layhə kimi istismara verilib. Təqribən 200 min ton həcmində karbon emissiyasının atmosferə atılmasının qarşısın alan “Qaradağ” GES 262 milyon ABŞ dolları dəyərində sərmayə hesabına tikilmişdir. “Qaradağ” GES stansiyada elektirik enerji istehsal gücü illik təqribi 500 milyon kVt·dir.
İlham Əliyevin açılışında iştirak etdiyi "Xızı-Abşeron" KES Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən tikilib istifadəyə verilmişdir. 240 MVt gücündə olan stansiyada illik 1 milyard kVt·st elektrik enerjisi istehsal olunması nəzərdə tutulub.
Tikintisi davam edən “Yaşıl enerji” istehsal edəcək bir neçə iri və xırda stansiyalar vardır. Bunlardan: 240 MVt gücündə “Şəfəq” GES. Cəbrayıl rayonunda bp şirkəti ilə əməkdaşlıq çərçivəsində tikilməkdədir. “Şəfəq” GES-də illik təxminən 500 milyon kVt·st elektrik enerjisi istehsalı gözlənilir. Biləsuvar rayonunda 315 MVt gücündə GES Masdar şirkəti tərəfindən tikilməkdədir. Həyata keçirilən digər layihə çərçivəsində 445 MVt gücündə GES Neftçala rayonunda, 240 MVt gücündə KES Abşeron və Qaradağ rayonlarında tikilməkdədir.
Gülşən Allahverdiyeva
YAP Yasamal rayon təşkilatının fəalı,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 13 Yanvar 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















