Icma.az
close
up
RU
Azərbaycanın beynəlxalq enerji siyasətində mühüm rola malikdir

Azərbaycanın beynəlxalq enerji siyasətində mühüm rola malikdir

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Müasir dövrdə enerji təhlükəsizliyi dövlətlərin iqtisadi və siyasi sabitliyinin əsas amillərindən biri hesab olunur. Enerji resurslarının səmərəli istifadəsi, onların təhlükəsiz və dayanıqlı şəkildə dünya bazarlarına çatdırılması beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Bu baxımdan Azərbaycan mühüm enerji tərəfdaşı kimi regionda və Avropada xüsusi rol oynayır. Mart ayının 3-də Bakı şəhərində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları enerji sahəsində beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm hadisə oldu.

Müxtəlif ölkələrin nazirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və enerji şirkətlərinin rəhbərlərinin, ümumilikdə 27 ölkənin, 11 beynəlxalq maliyyə institutunun, həmçinin 49 enerji şirkətinin nümayəndələrinin qatıldığı tədbirdə ölkəmizin Prezidenti cənab İlham Əliyev geniş məzmunlu çıxış edərək, müstəqil Azərbaycanın enerji strategiyası, regional əməkdaşlıq və yaşıl enerji sahəsində görülən işlər haqqında ətraflı danışıb. Cənub Qaz Dəhlizinin əhəmiyyətini xüsusi ilə diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsi XXI əsrin ən mühüm enerji layihələrindən biridir. Bu layihə Azərbaycanın zəngin təbii qaz ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasını təmin etməklə yanaşı, Avropa ölkələrinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində də mühüm rol oynayır.

Uzun illər davam edən beynəlxalq əməkdaşlığın və böyük investisiyaların nəticəsi olan Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı region ölkələrindən keçərək Avropa bazarına çatdırılır. Layihənin həyata keçirilməsi nəticəsində enerji mənbələrinin şaxələndirilməsi təmin edilir və enerji bazarında sabitlik artır.

Azərbaycanın enerji siyasətinin əsas məqsədi enerji resurslarının səmərəli istifadəsi, yeni ixrac marşrutlarının yaradılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsidir. Bu istiqamətdə həyata keçirilən layihələr region ölkələrinin iqtisadi inkişafına və enerji təhlükəsizliyinə mühüm töhfə verir. Tədbirdə ölkəmizin enerji siyasətinin əsas istiqamətlərindən də bəhs edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan uzun illərdir ki, etibarlı enerji tərəfdaşı kimi tanınır və beynəlxalq enerji layihələrinin həyata keçirilməsində fəal iştirak edir. Sevindirici haldır ki, enerji sahəsində əldə olunan uğurlar ölkəmizin iqtisadi inkişafına müsbət təsir göstərir. Enerji sektoruna qoyulan investisiyalar yeni iş yerlərinin yaradılmasına, infrastrukturun inkişafına və iqtisadi sabitliyin güclənməsinə şərait yaradır.

Eyni zamanda, son illərdə dünya miqyasında enerji keçidi və bərpaolunan enerji mənbələrinin inkişafı prioritet istiqamətlərdən birinə çevrilib. Bu baxımdan Azərbaycan da yaşıl enerji sahəsində mühüm addımlar atır. Böyük bərpaolunan enerji potensialına malik Azərbaycanda günəş və külək enerjisi sahəsində geniş imkanlar mövcuddur. Belə ki, bu sahənin inkişafı üçün ölkəmiz bir sıra beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq edilir və yeni layihələr həyata keçirilir.

Dövlətimizin başçısı onu da qeyd edib ki, Azərbaycanın bəzi bölgələrində, xüsusilə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası” konsepsiyası həyata keçirilir. Bu təşəbbüs həmin ərazilərin ekoloji cəhətdən təmiz enerji ilə təmin olunmasını və dayanıqlı inkişafın təmin edilməsini nəzərdə tutur.

Enerji təhlükəsizliyinin qlobal səviyyədə böyük əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev bildirib ki, enerji bazarında baş verən dəyişikliklər və yeni çağırışlar ölkələr arasında daha sıx əməkdaşlığı zəruri edir. Azərbaycan bu sahədə etibarlı tərəfdaş kimi çıxış edərək regionda enerji sabitliyinin təmin olunmasına mühüm töhfə verir. Ölkənin həyata keçirdiyi enerji layihələri həm region ölkələrinin, həm də Avropa dövlətlərinin enerji ehtiyaclarının qarşılanmasına xidmət edir.

Bakıda reallaşan, beynəlxalq enerji dialoqunun inkişafına xidmət edən mötəbər həm də beynəlxalq enerji dialoqunun inkişafı üçün mühüm platforma rolunu oynadı. Tədbirdə iştirak edən ölkələrin nümayəndələri enerji layihələrinin gələcək inkişafı, investisiya imkanları və bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu görüş ölkələr arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaratdı. Eyni zamanda tədbir enerji sahəsində yeni təşəbbüslərin irəli sürülməsi və təcrübə mübadiləsinin aparılması baxımından da böyük əhəmiyyət kəsb etdi.

Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurasının iclası Azərbaycanın beynəlxalq enerji siyasətində mühüm rol oynadığını bir daha nümayiş etdirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Mart 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri