Icma.az
close
up
RU
Laçın Azərbaycanın müasir inkişaf modelinin təcəssümüdür

Laçın Azərbaycanın müasir inkişaf modelinin təcəssümüdür

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tarixi xatirələrin, həm də gələcək ümidlərin ünvanı, "Dəmir Yumruq” əməliyyatı zamanı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan növbəti Qalibiyyət əsəri olan məğrur-"Laçın şəhəri"

Mərkəzi Laçın şəhəri olan Laçın rayonu zəngin tarixi keçmişi olan bir ərazidir.  Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Laçın əvvəllər Abdallar adlanıb və ona 10 avqust 1923-cü ildə şəhər statusu verilib. "Laçın” sözü “məğrurluq” mənasındadır.Şəhər böyük strateji əhəmiyyətə malik bir rayon kimi tarix boyu torpağımıza göz dikənlər üçün Laçın “Qarabağn qara qapısı” , düşmənə göz dağı olub. 

Laçın şəhərinin iqtisadi-sosial inkişafı diqqət mərkəzinə çevrilməsi ilə əlaqədar olaraq erməni mənfurları tərəfindən 1992-ci ilin mayın 18-də Dağlıq Qarabağdan kənarda yerləşən bu şəhəri də işğal edilmişdir və beləliklə Laçın şəhəri də hakimiyyət uğrunda gedən növbəti xəyanətin qurbanı olmuşdur. Müzəffər Azərbaycan ordusu 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən icra edilmiş “Dəmir Yumruq” əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığı, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi. 

Şanlı Azərbaycan Ordusu 01 dekabr 2020-ci il tarixdə Laçın rayonunu işğaldan azad etmişdir.Artıq dörd ildir ki, Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır.

Bu gün işğaldan azad olan Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Laçın şəhərinin küçələri ilə gəzərkən genişmiqyaslı quruculuq işləri ilə yanaşı 30 ildən sonra doğma yurdlarına qayıtmış laçınlıların çöhrəsində qürur və sevinc ifadəsinin şahidi olur, yeni həyatın başlandığını göstərən evlərdən, həyətlərdən insanların danışıq və gülüş səslərini eşidirik.

Cənab Prezident İlham Əliyevin2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. 

Bu gün Laçın təkcə azad edilmiş bir rayon deyil –həm də həyata keçirilən genişmiqyaslı layihələr çərçivəsində istər yaşayış, istər iqtisadiyyat, istərsədə mədəniyyət baxımından Azərbaycanın müasir inkişaf modelinin təcəssümüdür. 

Dövlətimizin başçısının gündəlik qayğısı və nəzarəti sayəsində Laçın şəhəri bu gün öz külündən yenidən doğulur, məğrur və çal-çağırlı günlərinə qayıdır. Bu gün 30 il ərzində Laçına yenidən qovuşmaq ümidilə yaşayan, lakin həmin günü görmədən dünyasını dəyişən laçınlılıarın ruhları şaddır. Laçın uğrunda canlarını fəda edən döyüşçülərimizin ruhları da şaddır. Laçın şəhəri torpağımıza göz dikən, tarixdən ibrət dərsi götürmək istəməyən düşmənin qarşısında əbədilik sarsılmaz qalaya çevrilib.

Bakı şəhər, Nizami bələdiyyəsinin sədr müavini Yeganə Abbasova


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://missiya.az
archiveBu xəbər 25 Avqust 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri