Azərbaycanın diaspor fəalları Lvovda Pasxa bayramı ərəfəsində humanitar yardım aksiyası həyata keçiriblər
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kiyev, 18 aprel, AZƏRTAC
Azərbaycanın Ukraynadakı diaspor fəalları Lvovda Pasxa bayramı ərəfəsində humanitar yardım aksiyası həyata keçiriblər.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman Departamenti və yerli YUNKOR Gənclər İcmasının birgə təşəbbüsü və təşkilatçılığı ilə Lvovda Pasxa bayramı münasibətilə əsgərlərə, hərbçilərə humanitar yardım göstərib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman departamentinin rəhbəri Şəhriyar Məhərrəmov AZƏRTAC-a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti nəticəsində dövlətimiz bu çətin günlərdə Ukraynaya humanitar yardımlarını davam etdirir.
“Azərbaycanın Ukraynadakı diasporu da dövlətimizin siyasətinə uyğun olaraq humanitar aksiyaları davam etdirir. Bütün bunlar dövlətimizin humanist siyasətinə sadiqliyini bir daha sübut edir”, - deyə Şəhriyar Məhərrəmov vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 18 Aprel 2025 02:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















