Icma.az
close
up
RU
Azərbaycanın dövlət dairələrində rusca danışanlar Komitə sədri: “...eyibdir!”

Azərbaycanın dövlət dairələrində rusca danışanlar Komitə sədri: “...eyibdir!”

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycan və Rusiya arasındakı münasibətlər xeyli gərginləşib. Maraqlıdır ki, bu gərginlik fonunda belə bəzi dövlət dairələrində rus dilində danışılır, hətta işçi qəbul edərkən ondan rus dili biliyi tələb olunur.
Bəzi məmurların bu cür davranışı, rus dilinə "sevgisi" təbii ki, birmənalı qarşılanmır və haqlı narazılıq doğurur.

Mövzu ilə bağlı Milli Məclisin komitə sədri Tahir Rzayev Modern.az-a bildirib ki, dövlətlər arasında münasibətlərin yaxşılaşdırılması, əməkdaşlığın genişləndirilməsi əlbəttə ölkələrin inkişafı üçün çox vacibdir:


“Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşdırılması bu baxımdan önəmlidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev daim bu əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Müəyyən münasibətlərdə problemlər yarana, fikir ayrılığı ola bilər. Bu düşmənçilik sayıılmamalıdır. Hər bir ölkə məsələlərə münasibətdə öz milli təhlükəsizlik mövqeyindən yanaşır, bu da təbiidir”.

T.Rzayev bildirib ki, hər bir xalq öz dilini, adət-ənənəsini qorumalıdır, tarixinə, milli dəyərlərinə hörmətlə yanaşmalıdır:

“Çox dil bilmək eyib deyil, ancaq ana dilini yaddan çıxarmaq, ana dilində danışmamaq eyibdir. Müəyyən insanlar bu məsələdə laqeydliyə yol verirlərsə, bu onların problemidir. Əlbəttə ki, ictimaiyyət arasında öz dilini qoyub rus dilində danışırsansa, bu ana dilinə laqeydliyin nümunəsidir. Ancaq bu o demək deyil ki, dillərə insan kimi hörmətin, məhəbbətin olmasın. İnsan bacardığı qədər çox dilə yiyələnməlidir. Bu onun intellektindən, dünyaya baxışından və dillərə münasibətindən xəbər verir. Əlbəttə ki, Azərbaycan dili xalqımız üçün daha doğma, daha əzizdir. Hər bir kəs öz dilini qorumalı, inkişaf etdirməli, milli-mənəvi dəyərlərinə sadiq qalmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Fevral 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri