Icma.az
close
up
RU
“Eldar” Azərbaycanın öz şamıdır

“Eldar” Azərbaycanın öz şamıdır

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir vaxtlar yolum ölkəmizin aran rayonlarına tez-tez düşərdü. Burada yol kənarlarında, park və meydanlarda hündür, “çətirli” şam ağaclarını görəndə bunların Sibir tərəflərdən gətirildiyini düşünürdüm.

Bu ağaclar həm susuzluğa çox davamlıdırlar, həm də yayın qızmarına, qışın sazağına dözürlər. Bu ağacların kölgəsində mən də Günəşin yandırıcı şüalarından çox daldalanmışam. Amma bilmirdim ki, “ağac dostlarım” məhz Eldar şamı adlanır və təbii olaraq yalnız Samux rayonunun ərazisindəki Ellər oyuğu adlanan ərazidə yetişir. Əlbəttə, bunu biləndə çox sevindim. Deməli, Eldar şamı bizim yerlərin “övladıdır”. Ona görə də, hər birimizə, necə deyərlər, bir köynək yaxındır.

İndi isə keçək əsas mətləbə. Yuxarıda adını çəkdiyim “Ellər oyuğu” adlanan ərazidəki nadir şam meşəliyini qorumaq üçün Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli sərəncamı ilə Eldar Şamı Dövlət Təbiət Qoruğu yaradılmışdır. Eldar şamı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmişdir.

Qeyd edək ki, hələ 1910-cu ildə 3,5 min hektar sahədə Eldar şamı sahəsi botaniki yasaqlıq elan edilmişdi. Azərbaycan hökumətinin 5 may 1948-ci il tarixli qərarı ilə “Eldar şamı” yasaqlığı yaradılmışdı. O illərdə Eldar şamı respublikamızın müxtəlif regionlarının quraq sahələrində əkilməyə başlanılmışdı. Axı, bu hündür, yaraşıqlı ağaclar quraq, az münbit torpaqlı sahələrin yaşıllaşdırılması üçün ən yaxşı vasitədir.

Xatırladaq ki, “Eldar şamı” yasaqlığının 1961-ci ildə 300 hektar sahəsi Türyançay qoruğunun, 1967-ci ildən isə Göygöl qoruğunun filiallarına çevrilib. Eldar Şamı Dövlət Qoruğunun ərazisi 1978-ci ildə dövlət meşə torpaqlarının hesabına 92 hektar artırılıb. Hazırda qoruğun ərazisi 1686 hektardır.

Məlumat üçün bildirək ki, qoruğun yerləşdiyi ərazi şimal-qərbdən cənub-şərqə doğru uzanan alçaq dağlıq sahədir. Torpaq örtüyü burada şiddətli surətdə eroziyaya uğramışdır. Ərazidə yarımsəhra və quru bozqırların (çöllüklər-müəllif) yayı quraq keçən mülayim-isti iqlim tipi hakimdir. “Ellər oyuğu”nda özünəməxsus arid meşə landşaftı yaranmışdır.

Burada meşələr əsasən Eldar şamı, ardıc, saqqız ağacı, murdarça, doqquzdon, nar, efedra, zirinc, qarağan, dovşan alması, qaratikan kimi ağac və kollardan ibarətdir. Qoruğun ərazisinin əsas hissəsini meşə sahəsi, qalan hissəsini isə yarğanlar və sıldırım yamaclar təşkil edir.

Burada heyvanlar aləmi elə də zəngin deyil. Yaz-yay aylarında kərtənkələ və ilanlar ərazidə təhlükə mənbəyinə çevrilir. Buralar həm də əngin səmaların “cəsur sakinləri” sayılan qartalların oylağıdır. Qoruğun ərazisində ev heyvanlarından dovşan, quşlardan isə kəklik daha çoxdur.

Ekoloqlar qeyd edirlər ki, Eldar şamı adi meşələr üçün qeyri-adi hesab edilən şəraitdə bitib inkişaf etdiyindən bu gün ölkəmizin quraq və az münbit torpaqlı ərazilərin yaşıllaşdırılması üçün əvəzsiz ağac növüdür. Ondan tarlaqoruyucu meşə zolaqlarının salınması, dərə və yarğanların eroziyasının qarşısının alınması, qumluqların bərkidilməsi, dekorativ yaşıllaşdırma tədbirləri üçün də geniş istifadə edilir.

Bir sözlə, Eldar şamı ağaclarını nə qədər çox əkib-becərsək, park, küçə və meydanlarımız daim yaşıllıq içində olar. Yaşıllıqlar təmiz hava, oksigen deməkdir. Həm canımız sağlam olar, həm də şəhərlərimiz gözəlləşər.

M.HACIXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Fevral 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see243

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see230

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see229

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see225

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see220

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see214

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see211

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see208

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see207

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see200

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see198

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see195

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see195

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see194

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see193

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see192

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri