Icma.az
close
up
RU
“Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır” Qüdrət Həsənquliyev

“Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır” Qüdrət Həsənquliyev

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda keçirilən xüsusi iclasında çıxış edib.
Xalqcəbhəsi.az çıxışı olduğu kimi təqdim edir:
-Hörmətli sədr, həmkarlar, məclis iştirakçıları!
Sahibə xanım öncə Sizə mərhum Prezident, böyük dövlət xadimi Heydər Əliyevin doğum günü ilə əlaqədar Milli Məclisin xüsusi iclasını çağırdığınıza, Heydər Əliyevə verdiyiniz yüksək qiymətə görə təşəkkür edirəm.
Dünən Həmkarlar İttifaqları Konfederasiyasının Heydər Əliyevə həsr edilən və yüksək səviyyədə təşkil olunmuş konsertə mən də dəvətli idim. Sağ olsunlar! Biz dünən orada və bu gün nümayiş etdirilən sənədli filmlərdə Heydər Əliyevin keçdiyi yola bir daha qısa nəzər saldıq. Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır.
Onun rəhbərlik etdiyi dövrdə sovet Azərbaycanı böyük bir inkişaf yolu keçdi. Həmin dövrü ölkəmizdə elmin, təhsilin, mədəniyyətin, kino sənətinin, ədəbiyyatın intibahı dövrü adlandırmaq olar. O Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv seçilməklə Azərbaycanı həm Sovet İttifaqı, həm də dünya miqyasında tanıtdı. Erməni faşizminin və separitizminin baş qaldırdığı dövrdə o xalq hərəkatına ciddi dəstək oldu. Böyük cəsarət və vətənpərvərlik nümayiş etdirərək İlham Əliyevlə birlikdə 20 Yanvar faciəsinə Moskvada kəskin formada etirazını bildirdi, Sovet İttifaqı rəhbərlərini qınadı. Müstəqillik illərində 1992-ci ilin mayında Mütəllibov antikonstitusion yolla hakimiyyətə qayıtmaq istəyəndə onun qarşısının alınmasında müstəsna rol oynadı. Xalq Hərəkatının tımsilçiləri ilə birlikdə SSRİ-nin saxlanmasının əleyhinə səs verdi. Məhz onun məsləhəti və qətiyyətli tövsiyyəsi ilə AXC-nin rəhbərliyi insanların Milli Məclisin binasına yürüşünü təşkil etdi və Mütəllibov hərbi təyyarə ilə Moskvaya uçdu. Ölkəmiz böyük vətəndaş qarşıdurması vəziyyətində olanda o məsuliyyətdən qorxmadı, rəhmətlik Prezident Elçibəyin dəvəti ilə Bakıya gəldi, ölkəmizi vətəndaş qarşıdurmasından xilas etdi. Dövlət hakimiyyəti orqanlarına hörmət bərpa olundu. Hakimyyət boşluğundan istifadə edib rayonlarımızı ard-arda işğal edən erməni hücumlarını dayandıra bildi, atəşkəs haqqında saziş imzalandı. Silahlı müxalifətin mövcudluğuna son qoyuldu. Xalqımızın və dövlətimizin taleyində misilsiz rol oynayacaq Əsrin müqaviləsini imzaladı, Ordu quruculuğuna başlanıldı. Həmin müqavilə sayəsində məktəblər, səhiyyə obyektləri, inzibati binalar tikildi, yollar çəkildi, yaşayış məskənləri abadlaşdırıldı, bu gün Qarabağ bərpa olunur. O mətbuatda senzuraya son qoydu, latın əlifbasına keçidi təmin etdi və onun rəhbərliyi ilə ölkənin yeni Konstitusiyası qəbul olundu.
Bütün çətinliklərə, təzyiqlərə, şirnikləndirici təkliflərə baxmayaraq ermənilərlə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan heç bir saziş imzalamadı. Bu gün ruhu şaddır, ona görə ki, inandığı və xalqı dəstək verməyə çağırdığı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu.
Heydər Əliyev xalqımızın potensialına (onun tarixinə, mədəniyyətinə, mentalitetinə) bütün digər siyasətçilərdən da yaxşı bələd idi. O realist siyasətçi olaraq daxili və xarici siyasəti müəyyənləşdirərkən məhz buna əsaslanırdı. O xalqımızın azad, hüquq və azadlıqların qorunduğu, təhlükəsiz, firavan, güclü iqtisadiyyata sahib bir ölkədə yaşamasını istəyirdi. Buna nail olmaq üçün hüquqi dövlət quruculuğu istiqamətində qarşımızda hələ keçiləsi böyük bir yol var. İnanıram ki, cəmiyyətimizin inkişafı ilə biz o hədəflərə də çatacaq və onun ruhunu şad edəcəyik.
Allah rəhmət eləsin!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 May 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri