“Vaşinqton Bəyannaməsi Azərbaycanın diplomatik uğurudur” Qüdrət Həsənquliyev
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Prezident İlham Əliyevin ABŞ-yə səfəri və Vaşinqtonda imzalanan üçtərəfli bəyannamə ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır”.
Bunu Gununsesi.info -ya açıqlamasında Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib:
“Ermənistanın Naxçıvana yolun çəkilməsinə razılıq verməsi və ABŞ-nin həmin dəhlizin təhlükəsizliyinə təminat öhdəliyi Azərbaycanın mühüm diplomatik nailiyyətidir.
Sənəd mahiyyətcə Azərbaycanla Ermənistan arasında ilkin sülh sazişidir və Milli Məclisdə ratifikasiya olunmalıdır”.
Deputat vurğulayıb ki, “Tramp yolu” adlandırılacaq Zəngəzur dəhlizi həm Azərbaycanın, həm də bütün region dövlətlərinin iqtisadi inkişafına xidmət edəcək, yeni kommunikasiya xətləri bölgədə təhlükəsizliyi möhkəmləndirəcək.
Firuzə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 09 Sentyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















