Icma.az
close
up
RU
“Heydər Əliyev Azərbaycan dövlətinin fundamentini yaratdı” Qüdrət Həsənquliyev

“Heydər Əliyev Azərbaycan dövlətinin fundamentini yaratdı” Qüdrət Həsənquliyev

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında mərhum Prezident Heydər Əliyevin doğum günü ərəfəsində onun barəsində fikirlərini bölüşüb.

O, bildirib ki, Heydər Əliyev XX əsrin ən istedadlı siyasət və dövlət adamı idi: "Azərbaycanın ən yeni tarixi onun adı ilə bağlıdır. Onun qədər xalqımızın mentalitetinə və potensialına bələd olan ikinci dövlət xadimi olmayıb. Heydər Əliyev Milli Azadlıq Hərəkatına ciddi dəstək verməklə Sovet İttifaqının süqutunda və müstəqiliyimizin bərpa olunmasında müstəsna rol oynayıb, SSRİ-nin saxlanması əleyhinə Milli Məclisdə 43 deputatla birlikdə səs verib. Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmaqla onun dağılmasını sürətləndirib. Böyük cəsarət nümayiş etdirərək, Moskvada, İlham Əliyevlə birlikdə 20 Yanvar faciəsini törədənləri qınayıb, xalqı ilə bir yerdə olduğunu nümayiş etdirib. O, yaşlı və səhhətində müəyyən problemlərin olmasına baxmayaraq, öncə Naxçıvanda və sonra isə, ölkəmiz üçün ağır günlərdə mərhum Prezident Elçibəyin dəvəti ilə Bakıya gələrək, ağır bir yükün altına girib, müstəqilliyimizi qorudu, ölkəni vətəndaş qarşıdurmasından xilas etdi, silahlı müxalifəti tərk-silah etməyi bacardı, Azərbaycanı dinc inkişaf yoluna keçirdi. O, uzaqgörən siyasətçi kimi dövrün nəbzini tutmağı bacarırdı. Ermənistanla atəşkəs razılaşmasına nail olub, bugünkü inkişafımızın əsasını təşkil edən "Əsrin müqaviləsi"ni imzalamağı bacardı. Ölkəmizdə ordu quruculuğu prosesi başladı. Beynəlxalq münasibətlərdə Azərbaycanı ciddi regional oyunçuya çevirdi. Hər bir insanla səmimi təmas qurmağı bacaran Heydər Əliyev cəzalandırmağı və əfv etməyi bacardığı kimi, insanlara qiymət verməyi də bacarırdı. Onun böyük dövlət ədəb-ərkanı nümayiş etdirərək Milli Azadlıq Hərəkatının lideri, eks-prezident və müxalifət lideri Elçibəy Türkiyədə müalicə olunarkən ona gül göndərməsi, Elçibəyin dəfni ilə əlaqədar Milli Məclisin sədri Murtuz Ələsgərovun rəhbərliyi ilə dövlət komissiyası yaratması və dəfn mərasiminə gəlməsi heç vaxt yaddaşlardan silinməyəcək. Heydər Əliyev tanınmış ictimai-siyasi xadimlərə dövlət təltiflərini şəxsən təqdim edirdi. Ölkənin siyasi isteblişmenti və ictimai xadimləri ilə müxtəlif mədəni tədbirlərə qatılırdı, mədəniyyət nümayəndələri ilə görüşürdü".

Partiya sədri vurğulayıb ki, Heydər Əliyevin özünə varis seçməkdə də səhv etmədiyi zamanla təsdiqini tapdı: "İlham Əliyev ölkəmizin qürur məsələsi olan torpaqlarımızı işğaldan azad etdi, Qarabağda dövlət suverenliyini bərpa etdi, separatizmə birdəfəlik son qoydu. Heydər Əliyev Azərbaycan dövlətinin fundamentini, möhkəm dayaqlarını yaratdı. Onu gözəlləşdirmək və vətəndaşlarımız üçün daha təhlükəsiz və daha güclü iqtisadiyyata sahib, insan hüquq və azadlıqlarının daha ciddi qorunduğu azad ölkəyə çevirmək isə bügünkü iqtidarın və hər birimizin borcudur.

Allah ruhunu şad etsin!"

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:264
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 May 2026 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri