Azərbaycanın enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 yanvar 2026-cı il tarixində “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində etdiyi çıxış bir daha göstərdi ki, ölkəmizdə enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və davamlı inkişafı son illər ərzində dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən olunmuşdur.
Cənab Prezidentin qeyd etdiyi kimi, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan bu sahədə ardıcıl və məqsədyönlü siyasət həyata keçirərək həm daxili tələbatını etibarlı şəkildə təmin etmiş, həm də regionun əsas enerji ixracatçılarından birinə çevrilmişdir. “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi isə bu strategiyanın yeni və mühüm mərhələsidir.
Müasir texnologiyalar əsasında inşa edilən bu stansiya Azərbaycanın “yaşıl enerji” gündəliyinin real nəticəsidir. Qlobal iqlim çağırışları fonunda bərpa olunan enerji mənbələrinin inkişafı ölkəmizin beynəlxalq öhdəliklərinə sadiqliyini, eyni zamanda gələcək nəsillər qarşısında məsuliyyətini nümayiş etdirir. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, alternativ və bərpa olunan enerji mənbələrinin genişləndirilməsi iqtisadiyyatın şaxələndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Son illər ərzində Azərbaycanın enerji infrastrukturu köklü şəkildə yenilənmiş, elektrik stansiyaları, yarımstansiyalar və ötürücü xətlər müasir standartlara uyğun qurulmuşdur. Bunun nəticəsində enerji itkiləri minimuma endirilmiş, sistemin dayanıqlılığı və ixrac imkanları daha da artırılmışdır. Xüsusilə külək və günəş enerjisi layihələrinin reallaşdırılması Azərbaycanın enerji balansında yeni keyfiyyət mərhələsi yaratmışdır.
“Xızı–Abşeron” Külək Elektrik Stansiyası həm də regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Yeni iş yerlərinin yaradılması, yerli infrastrukturun yaxşılaşdırılması və ekoloji təmiz enerji istehsalı bu layihənin çoxşaxəli əhəmiyyətini göstərir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı və uzaqgörən inkişaf siyasətinin növbəti uğurlu nəticəsidir.
Mərasimdəki çıxışında cənab Prezidentin səsləndirdiyi aşağıdakı fikirlər isə Azərbaycanın enerji strategiyasının mahiyyətini dolğun şəkildə ifadə edir: “Biz bu gün yalnız yeni bir elektrik stansiyasının açılışını etmirik. Biz Azərbaycanın enerji sisteminin gələcəyini, dayanıqlı inkişafını və yaşıl enerji yolunu təmin edən növbəti mühüm addımı atırıq.”
Bu strateji baxış və siyasi iradə sayəsində Azərbaycan yaxın illərdə də enerji sahəsində qazandığı uğurları davam etdirəcək, müasir, etibarlı və ekoloji cəhətdən təmiz enerji sistemi ilə regional və qlobal miqyasda nüfuzunu daha da möhkəmləndirəcəkdir.
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 12 Yanvar 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















