Icma.az
close
up
RU
Azərbaycanın enerji sektorunda xarici tərəfdaşlarının sayı artır

Azərbaycanın enerji sektorunda xarici tərəfdaşlarının sayı artır

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu enerji siyasəti günümüzdə uğurla davam edərək özünün yeni istiqamətlərini müəyyən edir. Əgər 1994-cü ildə Azərbaycanın enerji resurları dedikdə yalnız neft və qaz nəzərdə tutulurdusa, bu gün bu sıraya alternativ enerji mənbələri, “yaşıl enerji” kimi komponentlər daxildir. Özünün enerji siyasətini şaxələndirilmiş şəkildə inkişaf etdirən Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır. Məhz bu baxımdan Azərbaycana olan beynəlxalq maraq da gün-gündən artmaqdadır. Bu gün Bakıda keçirilən 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”u iştirakçılarının sayında da bu tendensiyanı görmək mümkündür.
Məlumat üçün qeyd edək ki, builki yubiley tədbiri Azərbaycanın enerji potensialına artan beynəlxalq marağı və inamı əks etdirən yeni iştirakçılar və milli pavilyonlarla yanaşı, 30 ölkədən 200-dən çox şirkəti özündə birləşdirir. Yaxın tarixə nəzər yetirdikdə görərik ki, ilk neft-qaz sərgisi 1994-cü ildə, Ümummilli Lider Heydər Əliyevin zamanında təşkil edilib. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. İldən-ilə sərgi və konfransda iştirak edən ölkələrin, şirkətlərin sayının artması Azərbaycana, onun enerji resurlarına olan marağının göstəricisi idi.
Ötən 30 il ərzində Azərbaycan enerji sektorunda çox böyük nailiyyətlərə imza atıb. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin -cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı dediyi kimi biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Dövlət başçısı haqlı olaraq üeyd etdi ki, bunların tacı isə Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir:
“Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır”.
Bu birmənalıdır ki, əsas şərt bir ölkənin enerji resurslarının olması deyil. Əsas həmin resurslardan səmərəli istifadə etməkdir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan malik olduğu enerji resurslarından olduqca səmərəli istifadə edir və bu səbəbdən qeyd edilən sektorda uğurlara imza atır. Günümüzdə enerji mənbələrinə malik olan çox saylı ölkələr var. Lakin onların bu resurslardan gələn gəlirlərdən səmərəli istifadə etməməsi həmin ölkələrin xalqlarının həyatında da hansısa müsbət dəyişikliyə səbəb olmur. Azərbaycanda isə bu sahədə vəziyyət tamamilə fərqlidir. “Əsrin müqaviləsi” nəticəsində reallaşan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərindən gələn gəlirlərin Neft Fondunda toplanması və sosial layihələrə sərf edilməsi Azərbaycanın enerji mənbələrindən səmərəli istifadəsinin göstəricisi idi. Təsadüfi deyil ki, forumda çıxışı zaman Cənab Prezident İlham Əliyev də bu məqama xüsusi diqqət yetirdi:
“Enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və biz hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirmişik. Çünki zənnimcə, bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir”.
Prezident İlham Əliyev forumda çıxışı zamanı bir növ gələcək hədəfləri də iştirakçılara, tərəfdaş ölkələrə çatdırmış oldu:
“Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir”.
Göründüyü kimi, 1994-cü ildən etibarən Azərbaycan çıxdığı yolu uğurla davam etdirir. Hər ötən il enerji sahəsində yeni-yeni əməkdaşlıq imkanları ortaya çıxır, yeni tərəfdaşlar yaranır. Bütün bunlar isə Azərbaycanın nailiyyətlərini davamlı sürətdə artırır.
Arzuman Muradlı
“Milli İnkişaf” ictimai birliyinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 İyun 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri