Icma.az
close
up
RU
Azərbaycanın adını beynəlxalq enerji sektorunda zirvəyə daşıyan gənc mühəndis

Azərbaycanın adını beynəlxalq enerji sektorunda zirvəyə daşıyan gənc mühəndis

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın yeni nəsil mühəndisləri arasında öz dəsti-xətti, peşəkarlığı və beynəlxalq arenada qazandığı nüfuzla seçilən Hüseyn Eynalzadə həm şəxsi nailiyyətləri, həm də ölkənin adını dünyada layiqincə təmsil etməsi ilə tanınır. Dövlətə və Prezidentə sədaqət ənənəsi onun ailəsində nəsildən-nəslə ötürülür: babası Hüseyn Eynalov, atası Nazim Eynallı bu prinsiplərini fəaliyyətlərində daim nümayiş etdiriblər. Hüseyn də bu dəyərləri həm təhsilində, həm də peşəkar fəaliyyətində davam etdirir.
Hüseyn Eynalzadə tələbəlik illərindən Azərbaycanı xaricdə fəal şəkildə təmsil edən gənclərdən biridir. O, Leyla Əliyevanın sədri olduğu Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) üzvü kimi müxtəlif konfrans və forumlarda çıxış etmiş, universitetdə təşkilatın maraqlarını layiqincə təmsil etmişdir.
Hüseyn həmçinin RAGT xətti ilə Rusiyada keçirilən beynəlxalq festivallarda iştirak edib, milli Novruz şənliklərinin təşkilində fəal rol oynayıb və Azərbaycan mədəniyyətinin təşviqinə töhfə verib.
Azərbaycanda anadan olan Hüseyn orta təhsilini Rusiyada başa vurub, daha sonra isə Rusiyanın ən nüfuzlu neft-qaz ali təhsil müəssisələrindən biri olan Tyumen Neft-Qaz Universitetində təhsil alıb. O, universiteti qırmızı diplomla bitirərək həm akademik bilikləri, həm də mühəndislik bacarıqları ilə tələbə yoldaşlarından fərqlənib.
Hüseynin peşəkar fəaliyyəti dünyanın ən böyük enerji xidmət şirkətlərindən olan Schlumberger-də başlayıb. Burada Managed Pressure Drilling Supervisor/Engineer kimi çalışaraq yüksək riskli, mürəkkəb geoloji şəraitlərdə ən yeni texnologiyaların tətbiqinə rəhbərlik edib.
Onun peşəkarlığı və analitik düşüncəsi Hüseynə Rusiya, Kolumbiya, Azərbaycan və Səudiyyə Ərəbistanı kimi müxtəlif regionlarda beynəlxalq komandalarla əməkdaşlıq etmək imkanı yaradıb.
Daha sonra o, SOCAR-ın Bakıdakı strukturlarında və dünya miqyasında tanınan Weatherford şirkətində fəaliyyətini davam etdirərək Səudiyyə Ərəbistanında yarım ildən artıq mühüm layihələrdə iştirak edib. Bu təcrübələr ona mühəndislik risklərinin idarə olunması, mürəkkəb quyuların qazılması və ən yeni texnoloji həllərin tətbiqi istiqamətində dərin biliklər qazandırıb.
Hüseyn Eynalzadənin fərqləndirən əsas xüsusiyyətlərindən biri də topladığı beynəlxalq təcrübəni Azərbaycan gəncləri ilə bölüşmək istəyi və bu istiqamətdə etdiyi davamlı fəaliyyətidir. O, universitetlərdə keçirilən görüşlərdə müasir qazma texnologiyalarından, real layihələrdən və yeni nəsil mühəndisləri gözləyən çağırışlardan danışır, tələbələrin inkişafına motivasiya verir.
Onunla çalışan həmkarlar Hüseynin məsuliyyətli, analitik təfəkkürlü, çətin situasiyalarda tez və düzgün qərar verən bir mühəndis olduğunu bildirirlər. Qazma proseslərinə innovativ yanaşması, təhlükəsizliyi prioritetə çevirməsi və multikultural mühitə asan adaptasiyası onu Azərbaycan mühəndisliyinin yeni nəsil nümayəndələrinin ön sıralarına çıxarır.
Bu gün Hüseyn Eynalzadə öz inkişafını davam etdirir, ən müasir texnologiyaları izləyir və onları hasilat proseslərinə tətbiq etməyə çalışır. Onun həyat devizi dəyişməzdir: öyrənmək, tətbiq etmək və öyrətdiklərini gələcək nəsillə bölüşmək.
Qısa desək, Hüseyn Eynalzadə istedadı, zəhməti və müasir mühəndislik düşüncəsi ilə Azərbaycanın beynəlxalq enerji arenasında yüksələn simasıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 Dekabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri