Azərbaycanın Ermənistana qarşı iddiasına baxılacaq: Beynəlxalq Ədalət Məhkəməsində
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfinin etirazlarına baxmayaraq, Azərbaycanın Ermənistana qarşı iddiasına, o cümlədən minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verib.
Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Beynəlxalq Ədalət Məhkəməsi bu gün təsdiq edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu işğalı zamanı etnik təmizləmə və digər irqi ayrı-seçkilik aktları ilə bağlı Azərbaycanın Ermənistana qarşı iddiası davam etdiriləcək.
Məhkəmə, həmçinin Ermənistanın mina və mina tələlərinin yerləşdirilməsi ilə bağlı iddiaları Məhkəmənin yurisdiksiyasından çıxarmaq cəhdini də rədd edib. Ermənistanın mina aktlarının qurbanları üçün ədaləti təmin etmək həyati əhəmiyyət kəsb edir, bu say faciəvi şəkildə bu günə qədər artmaqda davam edir", - o bildirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 12 Noyabr 2024 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















