Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiasına baxmağa qərar verib
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) “Azərbaycan Ermənistana qarşı” işi üzrə keçirilən bugünkü dinləmədə Ermənistanın minalar və tələ minaları yerləşdirmək praktikası ilə bağlı rəsmi Bakının iddialarının məhkəmənin yurisdiksiyasından çıxarılmasına dair cəhdlərini rədd edib.
Bunu xarici işlər nazirinin müavini Elnur Mməmmədov “X” platformasındakı paylaşımında qeyd edib.
“Bu gün Beynəlxalq Ədalət Məhkəməsi təsdiq etdi ki, Azərbaycanın Ermənistana qarşı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onillər boyunca davam etmiş işğalı boyunca etnik təmizləmə və digər irqi ayrı-seçkilik əməllərinə dair məhkəmə işi davam edəcək. Məhkəmə, həmçinin Ermənistanın minalar və bubi tələləri yerləşdirmək praktikası ilə əlaqədar iddiaların məhkəmənin yurisdiksiyasından çıxarılmasına dair Ermənistanın cəhdini rədd etdi. Ermənistanın mina kampaniyalarının qurbanları üçün ədaləti təmin etmək həyati əhəmiyyət kəsb edir, bu say bu günə qədər faciəvi şəkildə artmaqda davam edir”, – Elnur Məmmədov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 12 Noyabr 2024 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















