Icma.az
close
up
RU
Azərbaycanın ərzaq idxalından asılılığı niyə artır?

Azərbaycanın ərzaq idxalından asılılığı niyə artır?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycana  2 milyard 67 milyon 672 min dollar dəyərində yeyinti məhsulları idxal olunub.

2025-ci ilin ilk 9 ayında bu göstərici 1 milyard 880 milyon 465 min dollar idi. Beləliklə, ərzaq idxalı 187 milyon 207 min dollar və ya 10 % artıb.
Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər görülsə də hələ də Azərbaycan idxaldan asılı ölkə olaraq qalır. Hətta idxalla  bağlı artım müşahidə olunur.

Maraqlıdır, niyə bu sahədə rəqəmlər azalmır, əksinə statistik göstəricilərdə artım müşahidə olunur?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Anar İsayev “Cebheinfo.az”-a bildirib ki, ərzaq idxalının 10 faiz artması Azərbaycanda aqrar siyasətin nəticələrinə və ərzaq təhlükəsizliyinin təmin olunması mexanizmlərinə yenidən baxılmasını zəruri edir:

“Çünki uzun illərdir kənd təsərrüfatına subsidiyalar ayrılır, güzəştli kreditlər verilir, fermerlərə dəstək göstərilir. Buna baxmayaraq, ərzaq idxalının dəyəri artırsa, deməli, görülən tədbirlərlə daxili bazarın tələbatı arasında hələ də ciddi uyğunsuzluq var. Burada əsas məsələ kənd təsərrüfatına nə qədər vəsait ayrılması deyil, həmin vəsaitin hansı iqtisadi nəticəni verməsidir.

İlk növbədə, Azərbaycan əhalisinin ərzaq tələbatı artır, istehlak bazarı genişlənir. Yerli istehsal bu artımı tam qarşılaya bilmədikdə idxala ehtiyac yaranır. Digər tərəfdən, kənd təsərrüfatında məhsuldarlıq, suvarma, torpaqdan səmərəli istifadə, texnologiyaların tətbiqi və istehsal xərcləri ilə bağlı problemlər qalmaqdadır. Bir sıra hallarda yerli fermerin məhsulu xaricdən gətirilən məhsulla qiymət baxımından rəqabət apara bilmir”

Onun sözlərinə görə, digər ciddi məsələ istehsalın strukturudur:

“Biz müəyyən məhsullar üzrə istehsalı artıra bilərik, amma idxaldan asılı olduğumuz əsas ərzaq və kənd təsərrüfatı xammalı istiqamətlərində irəliləyiş yetərli olmazsa, ümumi idxal göstəricisi yüksəlməkdə davam edəcək. Xüsusilə heyvandarlıqda yem təminatı, bitki yağları və bəzi taxıl məhsulları üzrə xarici tədarükdən asılılıq diqqətlə araşdırılmalıdır. Bununla yanaşı, idxalın dəyərinin 10 faiz artmasının avtomatik olaraq idxal olunan ərzağın fiziki həcminin də 10 faiz artması demək deyil.

Dünya bazarında qiymət dəyişiklikləri və məhsulların strukturundakı fərqlər də nəticəyə təsir göstərə bilər. Buna görə də dəqiq qiymətləndirmə üçün məhsullar üzrə həm idxal dəyəri, həm də fiziki həcm müqayisə edilməlidir”.

İqtisadçının fikrincə, Azərbaycanda aqrar siyasətin əsas problemlərindən biri nəticələrin kifayət qədər konkret göstəricilərlə qiymətləndirilməməsidir:

“Dövlət dəstəyinin həcmi ilə yanaşı, hər bir strateji məhsul üzrə özünütəminetmə səviyyəsinin necə dəyişdiyi, məhsuldarlığın nə qədər artdığı və idxaldan asılılığın hansı istiqamətlərdə azaldığı açıq şəkildə təhlil olunmalıdır. Ərzaq təhlükəsizliyi yalnız ölkədə daha çox məhsul istehsal etmək deyil, strateji ərzaq məhsullarına olan tələbatı mümkün qədər dayanıqlı və rəqabətqabiliyyətli yerli istehsal hesabına ödəməkdir.

Bütün məhsulları ölkə daxilində istehsal etmək iqtisadi baxımdan məqsədəuyğun olmaya bilər. Lakin yerli istehsal imkanları olan məhsullar üzrə idxaldan asılılığın davam etməsi ciddi suallar doğurur. Nəticə etibarilə, 2026-cı ilin ilk doqquz ayında ərzaq idxalının 187,2 milyon dollar artması aqrar sahədə görülən tədbirlərin səmərəliliyinin daha dərindən araşdırılmasına əsas verir.

Dövlət subsidiyaları və investisiyaları son nəticədə məhsuldarlığın yüksəlməsinə, istehsal xərclərinin azalmasına və daxili bazarın yerli məhsullarla təminatının yaxşılaşmasına xidmət etməlidir. Əks halda, biz kənd təsərrüfatına vəsait ayırmağa davam edəcəyik, amma ərzaq bazarımız dünya qiymətlərindən, xarici tədarükçülərdən və beynəlxalq təchizat zəncirlərindən asılı qalacaq.

Bu isə təkcə iqtisadi məsələ deyil, həm də milli təhlükəsizlik və əhalinin sosial rifahı məsələsidir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: ərzaq idxalı Anar İsayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Oktyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri