Icma.az
close
up
RU
Ərzaq idxalı niyə artır? TƏHLİL

Ərzaq idxalı niyə artır? TƏHLİL

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2023-cü ildə xaricdən Azərbaycana 16 min 596 ton həcmində 92 milyon 416 min dollar dəyərə malik kərə yağı və süddən hazırlanan digər yağ məhsulları gətirilmişdisə, 2024-cü ildə bu rəqəmlər 29 min 611 ton təşkil etməklə 173 milyon 604 min dollara bərabər olub. Başqa sözlə, Azərbaycana süddən hazırlanmış yağların idxalı 2024-cü ildə 2023-cü illə müqayisədə dəyər ifadəsi ilə 81 milyon 188 min dollar və ya 87,6%, miqdar ifadəsilə isə 13 min 15 ton və ya 78,4% artıb.
Ötən il ərzində ölkəmizə 129 milyon 556 min dollar dəyərində 58 min 689 ton ət idxal edilib. 2023-cü ildə bu rəqəmlər 86 milyon 739 min dollar dəyərində olmaqla 41 min 707 ton idi. Yəni Azərbaycana ət idxalı 2024-cü il ərzində 2023-cü illə müqayisədə dəyər ifadəsi ilə 42 milyon 817 min dollar və ya 49,4%, miqdar ifadəsilə isə 16 min 982 ton və ya 40,7% artıq olub.
Ümumiyyətlə, 2024-cü ildə idxalı artan məhsulların sırasında ət 86,7 milyon dollardan 129,6 milyon dollara, kərə yağı və süddən hazırlanmış digər yağlar 92,4 milyon dollardan 173,6 milyon dollara, meyvə-tərəvəz 230 milyon dollardan 282 milyon dollara, düyü 50,1 milyon dollardan 66,1 milyon dollara, bitki və heyvan mənşəli piylər və yağlar isə 184 milyon dollardan 226,5 milyon dollaradək yüksəlib.
Bu, çox ciddi mənfi tendensiyadır. Yeyinti məhsullarının idxalı niyə bu cür artır?! Səbəb nədir? Qeyri-neft sektoru üzrə məhsulların istehsalını və ixracını prioritet seçən ölkə üçün bu hal normaldırmı?!
Ümumən xarici ticarət dövriyyəmizin onsuz da enməkdə olduğunu, idxalın ixracı getdikcə üstələdiyini əvvəlki şərhlərimdə qeyd etmişəm. Bu, özünü əsasən, 2023-cü ildən etibarən göstərməyə başlayıb. Ölkəmizdə neft hasilatının enməsi ilə əlaqədar ixracımız azalmağa doğru start götürüb.
Xarici ticarətimizin azalması fonunda ərzaq idxalının genişlənməsi iqtisadiyyatın indiyədək birtərəfli qaydada inkişafını göstərir. Bunun fəsadları hələ sonra ortaya çıxa bilər. Daxili bazarımız zəruri istehlak malları üzrə idxaldan daha sərt şəkildə asılı vəziyyətə düşər ki, bunu aradan qaldırmaq çətin problemə çevrilər.
Biz niyə özümüzü ət və yağ məhsulları ilə təmin edə bilmirik ki?! Səbəb nədir?! Ölkənin Kənd Təsərrüfatı Nazirliyi hara baxır? Aqrar sektor dövlətdən bu qədər dəstək gördüyü və subsidiyalaşdırıldığı halda, idxaldan asılılığımız niyə artır?!
2024-cü ildə 2 milyard 474 milyon 815 min 900 ABŞ dolları həcmində yeyinti məhsullarının idxalı o deməkdir ki, ölkədən bu qədər xarici valyuta kənara çıxıb. Niyə?! Qeyd olunan vəsaiti daxildə həmin məhsulların istehsalına və tədarükünə yönəltmək mümkün deyildimi?! Təbii ki, nəinki mümkün, hətta realdır!
Ölkədə heyvandarlıq bərbad gündədir. İllər öncə biz əsas ərzaq məhsulları sırasında ət ilə özümüzü 90-95% səviyyəsində təmin edirdik. Bu, torpaq islahatı aparıldıqdan sonrakı dövrə də aid idi. Lakin sonradan pambıqçılığın və bir sıra digər sahələrin inkişafına diqqətin artırılması nəticəsində heyvandarlığa böyük zərbə dəydi. Örüş yerləri azaldı, yem problemə çevrildi və sair... Yəni, qeyri-neft ixracımızı genişləndirmək məqsədilə aqrar sahədə atılan addımlarda və yürüdülən siyasətdə balans qorunmadı.
Bax bu, səhv yanaşma idi. Ən əsası, ərzaq təhlükəsizliyi məsələsinin təmini məqsədilə üst-üstə düşmədi və düşmür də. Yeyinti məhsulları idxalı artdığı halda hansı ərzaq təhlükəsizliyimizdən söhbət gedə bilər?! Qida mallarının tədarükü və istehsalı sahəsində malik olduğumuz əlverişli xammal bazasını itirdik. Halbuki, qeyri-neft sektoru sahələrini inkişaf etdirmək üçün bu, əsas üstünlüklərimizdən sayılırdı. Nəticədə yerli yeyinti məhsullarının istehsalında kənar xammaldan istifadəyə yol açıldı və bu, genişləndi.
Qida məhsullarından yalnız buğdanın idxal dəyərində azalma qeydə alınıb. 2023-cü ildə 304 milyon dollar dəyərində idxal həyata keçirilmişdisə 2024-cü ildə həmin rəqəm 279,7 milyon dollar olub. Halbuki, ərzaqlıq buğda uzun illərdir kənar asılılıqdan qurtulmaq istədiyimiz ən ümdə məhsullardan birincisidir. Ancaq indi ərzaqlıq buğdadan da vacib məhsulların idxalı artır.
Sözün qısası, hesab edirəm, yeyinti məhsullarının idxalı nəzarətə götürülməli, yerli istehsal himayə altına alınmalı, daxili xammal bazası əvvəlki illərdəki vəziyyətə qaytarılmalı, bir sıra malların idxalı məhdud çərçivəyə salınmalıdır. 2025-ci ildə kənd təsərrüfatının bəzi sahələri, xüsusən heyvandarlıq təcili şəkildə bərpa olunmalıdır.

Pərviz Heydərov
Azvision.az üçün
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Fevral 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see445

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see386

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see272

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see255

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see246

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see240

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see232

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see225

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see207

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see198

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see198

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see191

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see183

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see182

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see182

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see177

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see174

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see165

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri