Icma.az
close
up
RU
Azərbaycanın etibarlı tərəfdaş kimi rolu güclənir

Azərbaycanın etibarlı tərəfdaş kimi rolu güclənir

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Gündüz Bayramov,

YAP Samux rayon təşkilatının sədri 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox mühüm tarixi uğurlar qazanıb. Bu uğurlar Azərbaycanı bütün dünyaya tanıdıb. Bu illər ərzində ölkəmiz beynəlxalq və regional əhəmiyyətli çoxsaylı tədbirlərə evsahibliyi edib. Artıq ölkəmiz belə mühüm tədbirlərin təşkili və keçirilməsi ilə bağlı zəngin təcrübə toplayıb.

Tərəflər Konfransı 1992-ci ildə BMT-nin ilk iqlim müqaviləsini imzalayan və "iqlimə təhlükəli müdaxilə" ilə mübarizə aparmağı vəd edən 197 ölkəni özündə birləşdirir. Konfransa dünyada olan bütün ölkələr üzvdür və buna görə də əvvəl keçirilmiş COP tədbirləri ən çox dünya liderlərini bir araya gətirən toplantılar kimi tarixə düşüb. Tədbirin Azərbaycanda keçirilməsi isə onun bu istiqamətdə daha da tanınmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə böyük töhfə verəcək.
İlk COP 1995-ci ildə Almaniyanın paytaxtı Berlində keçirilib. Sessiyaya BMT-nin beş regional qrupu növbə ilə evsahibliyi edir və hər dəfə bu qrupa aid olan müxtəlif ölkələr ev sahibi olaraq seçilir. Bu il isə növbə Şərqi Avropa qrupunda idi. Azərbaycan Şərqi Avropa ölkələrinin yekdil dəstəyi ilə Tərəflər Konfransının 29-cu sessiyasının ev sahibi olaraq seçildi. Azərbaycanın bu mühüm tədbirə ev sahibi seçilməsi təsadüfi deyil. Dünyanın əsas siyasi və iqtisadi güc mərkəzlərindən olan Avropaya daxil olan ölkələrin Azərbaycanı dəstəkləməsi ilk növbədə ciddi diplomatik uğurdur. 

Bu gün Azərbaycan dünyanın ən mötəbər tədbiri olan COP29-u yüksək səviyyədə təşkil edib. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin fəal rolunun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. COP29 Azərbaycan üçün həm də davamlı inkişaf strategiyamızın bir hissəsi və iqlim dəyişikliyi ilə mübarizədə lider ölkələrdən biri olmaq üçün bir platformadır. Azərbaycan bu tədbir vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynadığını bir daha sübuta yetirir.

 COP29-un Liderlər Sammitinin açılışı mərasimində çıxış edən Prezident İlham Əliyevin dediyi kimi, 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsidir. Şimal ilə Cənubun, Qərb ilə Şərqin qovşağında yerləşən ölkə kimi Azərbaycan geostrateji əhəmiyyətə malikdir. Ölkəmiz təkcə coğrafi baxımdan deyil, dünyanın müxtəlif ölkələri arasında mədəni, enerji, ticari və nəqliyyat körpülərin yaradılması baxımından da böyük önəmə sahibdir. Eləcə də, Azərbaycanın həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələri Avrasiyanın enerji təhlükəsizliyini təmin edir, eləcə də, çoxtərəfli əməkdaşlıq formatları yaradır. Bütün bunlar Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi rolunu gücləndirir. 

COP29-un Bakıda keçirilməsi qərarı həm də Azərbaycanın "yaşıl enerji" siyasətinə qlobal dəstəyi ifadə edir. Tədbir çərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü tədbirlər daha böyük auditoriyanın diqqətinə çatdırılır. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycanın bərpaolunan enerjidə texniki potensialı quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil edir. 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. Eyni zamanda, Avropaya yaşıl enerjini ixrac etmək üçün Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi layihəsi üzrə işlər davam etdirilir. Bundan başqa, Naxçıvanın, Qarabağ və Şərqi Zəngəzur regionlarının yaşıl enerji zonaları elan edilməsi ölkəmizin yaşıl gündəliyinin perspektivindən xəbər verir. Bütün bunlar Azərbaycanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə mühüm rol oynadığını təsdiqləyir.

Bəzi Qərb dairələri Azərbaycanın neft-qaz ölkəsi kimi ekologiyaya ziyan vurduğunu iddia edirlər.Əslində  belə iddiaların heç bir əsası yoxdur. Zəngin təbii sərvətlərə malik olduğuna görə Azərbaycanın hədəfə götürülməsi qərəz və riyakarlıqdan başqa bir şey deyil. Prezident İlham Əliyev çıxışı zamanı həmin dairələrə tutarlı cavab verdi. Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Noyabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri