Icma.az
close
up
RU
Azər Həsrət: Azərbaycanın beynəlxalq imici etibarlı tərəfdaş kimi möhkəmlənir

Azər Həsrət: Azərbaycanın beynəlxalq imici etibarlı tərəfdaş kimi möhkəmlənir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksəkvəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçirilib.

Forumun əsas gündəmi regional və beynəlxalq informasiya mübadiləsinin gücləndirilməsinə yönəlib. İştirakçılar media sahəsində əməkdaşlığın genişləndirilməsi və daha sıx əlaqələrin qurulması yollarını müzakirə edib, həmçinin dezinformasiyaya qarşı effektiv mübarizə mexanizmlərinin yaradılmasını prioritet məsələ kimi qiymətləndiriblər. Forum çərçivəsində rəqəmsal mediada birgə layihələrin təşviqi və həyata keçirilməsi imkanları nəzərdən keçiriləcək, həmçinin media təcrübəsinin mübadiləsi vasitəsilə üzv ölkələr arasında bilik və praktik biliklərin paylaşılması təmin olunub. Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə daxil olmaqla, təxminən 150 qonaq iştirak edib. 

Prezident İlham Əliyev D-8 Media Forumunun iştirakçılarına müraciətində bu il D-8 ölkələrinin QHT-lərin ilk görüşünün Azərbaycanda təşkil olunmasına diqqət çəkib: “Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü təşkil olunmuş, D-8 Həftəsi çərçivəsində “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq”u baş tutub. Azərbaycan bundan sonra da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcəkdir”.

Qeyd edək ki, 8 müsəlman ölkəni birləşdirən təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Müzakirələrdə 2024-cü ilin dekabrında Misirin paytaxtı Qahirədə inkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycanın yekdilliklə D-8 təşkilatına üzv seçilməsi təqdir edilib. Bununla da, təşkilat yarandıqdan bəri sıraları ilk dəfə genişlənib.

 D-8-in əsas qayəsi qarşılıqlı iqtisadi əlaqələri genişləndirmək, investisiya və xarici ticarət dövriyyəsinin artımına nail olmaqdır. Təşkilata üzv ölkələrin hər birinin milli iqtisadiyyatlarının müqayisəli və rəqabət üstünlüyünə malik sektorları mövcuddur. D-8 üzvləri arasında sərhəd məsafəsinin çox olmasına baxmayaraq, rəqabətqabiliyyətli və ixtisaslaşmış sektorlar vasitəsilə üzv ölkələr arasında iqtisadi əməkdaşlıq dərinləşdirilə və ticarət dövriyyəsi artırıla bilər. Artıq uzun zamandır ki, D-8 təşkilatı İndoneziyanın yoxsulluqla mübarizə və insan resursları, Malayziyanın maliyyə və bank, Türkiyənin sənaye, səhiyyə və şəhərsalma, Pakistanın kənd təsərrüfatı və balıqçılıq, İranın elm və texnologiya, Misirin turizm və ticarət, Nigerinin enerji qaynaqlarının idarəedilməsi sahələrində fəaliyyətləri koordinasiya edir, həmçinin müsəlman ölkələri arasında qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması üçün demokratik platforma yaradır.

Beynəlxalq Valyuta Fondunun 2024-cü ildə nəşr edilən hesabatına əsasən, D-8 təşkilatına üzv ölkələrin nominal milli gəlirləri toplam 5,1 trilyon ABŞ dolları, adambaşına düşən milli gəliri isə cəmi 48 min ABŞ dollarından çox olub. Təşkilata üzv ölkələrin toplam əhali sayı 1,3 milyard nəfərə yaxındır. D-8 ölkələri arasında xarici ticarət dövriyyəsi 2 trilyon ABŞ dollarına çatmaqla qlobal ticarətin 4,5 faizini və qlobal ümumi daxili məhsulun 5 faizini təşkil edir.

Sözügedən Forumda iştirak edən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında deyib ki, D-8 Media Forumu Azərbaycan üçün media və informasiya sahəsində regional və qlobal əməkdaşlığı gücləndirərək ölkənin beynəlxalq nüfuzunu artırmaq və təşəbbüskarlığını nümayiş etdirmək baxımından böyük əhəmiyyət kəsb edir: “Azərbaycan beynəlxalq arenada yalnız üzv olduğu təşkilatların tələblərinə əməl edən bir dövlət deyil, eyni zamanda onların fəaliyyətini daha da aktivləşdirmək və təşkilatların inkişafına əlavə stimul vermək qabiliyyətinə malikdir. Azərbaycan hər bir beynəlxalq tədbirə qatılarkən bu iştirakını formallıqdan çıxarır, həqiqi töhfələr və faydalı təşəbbüslərlə zənginləşdirir. D-8 kimi yüksək səviyyəli iqtisadi və sosial təşkilatlarda Azərbaycan yalnız üzv olaraq iştirak etmir, eyni zamanda digər üzv ölkələrə nümunə göstərən təşəbbüslərlə fərqlənir. Ölkəmizin təşəbbüskarlığı və yüksək səviyyədə təşkilatçılığı, xüsusilə media sahəsindəki addımlar, Prezident İlham Əliyevin şəxsi diqqət və dəstəyi ilə həyata keçirilir. Bakıda Media Mərkəzinin yaradılması təklifi və D-8 Media Forumunun təşkili Azərbaycanın beynəlxalq arenada məsuliyyətli və fəal iştirakını nümayiş etdirir. Bu təşəbbüslər yalnız Azərbaycanın daxili potensialını deyil, həm də D-8 üzv dövlətlərinin informasiya və media sahəsindəki əməkdaşlıq imkanlarını genişləndirir, onların inkişafına təkan verir”.

A.Həsrət qeyd edib ki, Forumun əhəmiyyətindən danışarkən Azərbaycanın beynəlxalq siyasətdəki çoxvektorlu yanaşması da xüsusi qeyd olunmalıdır. Son aylarda Prezident İlham Əliyevin BMT, Danimarka, Orta Asiya və digər beynəlxalq tədbirlərdə iştirakı ölkəmizin regional və qlobal məsələlərdə fəal rolunu, hər bir təşəbbüsün nəticəyönümlü olduğunu göstərir. Bu yanaşma Azərbaycanın diplomatik çevikliyini və dünyada etibarlı tərəfdaş imicini gücləndirir: “Qeyd etdiyim kimi, Azərbaycanın beynəlxalq təşkilatlarda təşəbbüsləri yalnız formal xarakter daşımır. Ölkəmiz həm D-8, həm Türk Dövlətləri Təşkilatı, həm də Qoşulmama Hərəkatı kimi qurumlarda fəal iştirak edir, onların fəaliyyətini canlandırır və daha dinamik hala gətirir. Məsələn, C5 formatına Azərbaycanın qoşulması ilə bu regiondakı əməkdaşlıq genişləndi və format C6 kimi daha aktiv bir struktur halına gəldi. Qoşulmama Hərəkatı da Azərbaycanın sədrliyi altında illərlə passiv qalmış qurum statusundan çıxaraq aktiv və effektiv təşkilata çevrilib.

Bütün bunlar Azərbaycanın beynəlxalq imicini həm fəal, həm təşəbbüskar, həm də etibarlı tərəfdaş kimi möhkəmləndirir. Azərbaycan dünyada yaxşı mənada katalizator rolunu oynayır, üzv olduğu hər bir təşkilatın fəaliyyətinə yeni enerji gətirir və qlobal əməkdaşlığa müsbət təsir göstərir. Bunun nəticəsində bütün beynəlxalq birliklər Azərbaycanın fəaliyyətinə maraq göstərir və onunla əməkdaşlıqda maraqlı olurlar”.

MŞ üzvü sonda qeyd edib ki, Azərbaycanın beynəlxalq arenadakı rolu yalnız regional və iqtisadi maraqlarla məhdudlaşmır, eyni zamanda ölkəmizin diplomatik, media və informasiya sahəsindəki təşəbbüskarlığı onun qlobal nüfuzunu artırır, dövlətimizi beynəlxalq səviyyədə nümunəvi iştirakçı kimi tanıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Noyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see208

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see167

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see162

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri