Icma.az
close
up
RU
Azərbaycanın etirazına İrandan reaksiyalar

Azərbaycanın etirazına İrandan reaksiyalar

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Ötən ilin son günlərində Ərdəbildə keçirilən tədbirdə Azərbaycanın və onun liderinin ünvanına səsləndirilən təhqiramiz ifadələrlə bağlı Bakının rəsmi etirazına İrandan verilən reaksiyalar iki ölkənin münasibətlərindəki problemlərin həqiqi mahiyyəti barədə nəticələr çıxarmaq baxımından düşündürücüdür".

Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə bəhs edilir.

"O mənada ki, Azərbaycan tərəfinin konkret fakt əsasında ifadə etdiyi haqlı etirazın müqabilində İranın rəsmi şəxsləri və ictimai qurumlarının verdiyi açıqlamalar bir daha Tehranın tutduğu əməllərə görə məsuliyyətdən yayınmaq şakərini ortaya qoyub, xarici əlaqələrdə və diplomatik münasibətlərdə qeyri-səmimilikdən və riyakar davranışdan əl çəkmək niyyətində olmadığının növbəti göstəricisinə çevrilib", - deyə materialda bildirilir.

"Uzağa getmək lazım deyil, İran səfirliyinin müvəqqəti işlər vəkilinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmasından az sonra İran diplomatiya idarəsi rəsmisinin məsələ ilə bağlı açıqlamasına nəzər yetirmək kifayətdir. Belə ki, İran xarici işlər nazirinin köməkçisi və qurumun Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu rəsmi IRNA agentliyi müxbirinin sorğusuna cavab olaraq deyib:

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkəmizin şimal-qərbindəki şəhərlərin birində keçirilmiş mərasimdə bir fərdin düşünülməmiş və yersiz çıxışına etiraz edib. Əlbəttə, nəzərə almaq lazımdır ki, bu cür çıxışların İran İslam Respublikası hökumətinin rəsmi mövqeyi ilə heç bir əlaqəsi və bağlılığı yoxdur".

Göründüyü kimi, Dəmirçilu hiyləgərliklə Azərbaycanın etirazının mahiyyətini kiçiltməyə və əslində, onun əhəmiyyətsiz bir məsələyə edildiyini vurğulamağa çalışır, üstəlik, özünə əziyyət verib mərasimin keçirildiyi şəhərin belə adını çəkmir. Və onu da demir ki, Azərbaycan tərəfi ucqar bir yerdə baş tutan mərasimdə hansısa bir fərdin ağzına gələni danışmasından necə xəbər tutub? Halbuki, həmin mərasim, o cümlədən diplomatın əhəmiyyətsiz şəxs kimi qələmə verdiyi fərdin rüsvayçı çıxışı İran dövlət televiziyası ilə canlı yayımlanıb! Və həmin fərdin sözləri İran hökumətinin rəsmi mövqeyini ifadə etməsə də, dövlət televiziyasının hakimiyyətin rəsmi mövqeyini əks etdirdiyi şübhəsizdir. Özü də İranda dövlət televiziyası Dəmirçilunun üzvü olduğu və Məsud Pezeşkianın başçılıq etdiyi hökumətə yox, birbaşa İranın Ali Rəhbəri Əli Xameneiyə tabedir!" - deyə süjetdə qeyd edilir.

Daha ətraflı videosüjetdə:

Azərbaycanın etirazına İrandan reaksiyalar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Yanvar 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri