Icma.az
close
up
RU
Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti getdikcə artır

Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti getdikcə artır

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququnu keçən ilin dekabr ayında 200 ölkənin yekdil qərarı ilə qazanmışdır. “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün, həqiqətən, böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən “yaşıl enerji” sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən deyilən bu fikirlər ölkəmizin güclü diplomatiyasının və beynəlxalq miqyasda artan nüfuzunun ən gözəl ifadəsidir. Bu qərarın verildiyi ilk gündən Azərbaycanın COP 29 kimi dünyanın mötəbər tədbirini də yüksək səviyyədə keçirəcəyinə dair heç kimdə şübhə yoxidi. Çünki bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlara uğurla sədrlik edib. Bu ilisə noyabr ayında bu möhtəşəm tədbirin ilk həftəsində 70 mindən çox iştirakçının qeydiyyatdan keçməsi Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışan qüvvələrə qarşı beynəlxalq ictimaiyyətin özü tərəfindən verilən tutarlı cavab idi.

COP29 keçirildiyi hər günün panel müzakirələri, iqlim dəyişmələrinin müxtəlif təzahürləri və ona qarşı maliyyə dayanıqlılığının yaradılması sahəsində qəbul edilən əhəmiyyətli qərarlarla tarixə düşdü. Məhz COP29 sayəsində iqlim böhranına qarşı dünya ölkələrinin mübarizə imkanları yenidən, özü də daha güclü bir şəkildə səfərbər edildi. İqlim dəyişmələrinin təsirinə məruz qalan, lakin buna qarşı mübarizə aparmaq üçün lazımi imkanlara malik olmayan yoxsul, inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemlərin aradan qaldırılmasına daha çox maliyyə və resurs sərf ediləcəyi ən mühüm məqamlardan biridir. Bu, COP29-un ədalət prinsipinin gözlənilməsi baxımından da tarixi nailiyyətinin təzahürü oldu.

Dünyanın zəngin ölkələri COP29-un yekununda qəbul edilən Bakı Maliyyə Məqsədi adlı qərara müvafiq olaraq, iqlim dəyişikliyinə hazırlaşmaq və qarşısını almaq üçün inkişaf etməkdə olan ölkələrə hər il rekord məbləğdə vəsait – 300 milyard ABŞ dolları verəcəklərini öhdəlik kimi götürdülər. Bu qərar 2035-ci ilə qədər qüvvədədir. İndiyə qədər bu məbləğ 100 milyard ABŞ dolları təşkil edirdi və heç də əlverişli şərtlərlə verilmirdi. COP29-da tamam yeni nəticələr əldə olundu, ayrılan məbləğ indiyədək baş tutan COP-ların tarixində əldə olunmuş rekord məbləğdir. Bu qəbul edilən qərardan sonra iqlim maliyyəsində yeni eranın başladığını bildirir.

COP29-da ən mühüm yeniliklərdən biri İtki və Zərər Fondu ilə bağlı oldu.Cənab Prezident İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında COP29-un nəticələri ilə bağlı etdiyi paylaşımda mühüm nailiyyətlərdən biri kimi, İtki və Zərər Fondunun tam işlək vəziyyətə gətirilməsini qeyd edib. Belə ki, sözügedən Fond artıq gələn ildən fəaliyyətə başlayacaq və bu, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələrinə qarşı mübarizəsində həyati əhəmiyyət kəsb edəcək. Kiçik ada dövlətlərinin iqlim böhranı ilə bağlı olaraq üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq fəaliyyətin həyata keçirilməsi Prezident İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilmişdi. İtki və Zərər Fondu artıq gələn ildən kiçik ada dövlətlərinə iqlim böhranına qarşı mübarizə üçün vəsaitlərin ödənilməsinə başlayacaq. Söhbət burada yüz milyonlarla dollardan gedir. İtki və Zərər Fonduna donor ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur.

Azərbaycanın COP29 sədrliyi zamanı prioritetlərindən biri beynəlxalq sülh və təhlükəsizliyə dəstək olmaq idi. Ölkə başçısının tapşırığı ilə iqlim konfransları tarixində ilk olan COP atəşkəs çağırışı üzərində beynəlxalq tərəfdaşlarla iş aparıldı.COP29 sülh prosesinin nəticəsidir. Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq Azərbaycan gündəliyə bir neçə əlavə edə bilərdi və belə məsələlərdən biri də sülh idi. Əvvala, ona görə ki, Azərbaycan məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandı. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və qarşılıqlı addımlar atıldı. İlk dəfə idi ki, Azərbaycan və Ermənistan beynəlxalq arenada bir-birinə qarşı addım atmaq məcburiyyətində qalmadı. Qarşılıqlı dəstək olmasada, bitərəf qaldı və bunun özü də bir nailiyyət idi.

Bu gün biz artıq qürurla deyə bilərik ki, COP 29-un yekunları bütün dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Dünya qəbul edir ki, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti indi getdikcə artır, bu, artıq heç kimin etiraz və ya təkzib edə bilməyəcəyi bir həqiqətdir.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Noyabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri