Icma.az
close
up
RU
Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti getdikcə artır

Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti getdikcə artır

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Gündüz Bayramov,

YAP Samux rayon təşkilatının sədri 

Azərbaycan BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququnu keçən ilin dekabr ayında 200 ölkənin yekdil qərarı ilə qazanmışdır. “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün, həqiqətən, böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən “yaşıl enerji” sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən deyilən bu fikirlər ölkəmizin güclü diplomatiyasının və beynəlxalq miqyasda artan nüfuzunun ən gözəl ifadəsidir. Bu qərarın verildiyi ilk gündən Azərbaycanın COP 29 kimi dünyanın mötəbər tədbirini də yüksək səviyyədə keçirəcəyinə dair heç kimdə şübhə yox idi. Çünki bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlara uğurla sədrlik edib. Bu il isə noyabr ayında bu möhtəşəm tədbirin ilk həftəsində 70 mindən çox iştirakçının qeydiyyatdan keçməsi Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışan qüvvələrə qarşı beynəlxalq ictimaiyyətin özü tərəfindən verilən tutarlı cavab idi.

COP29 keçirildiyi hər günün panel müzakirələri, iqlim dəyişmələrinin müxtəlif təzahürləri və ona qarşı maliyyə dayanıqlılığının yaradılması sahəsində qəbul edilən əhəmiyyətli qərarlarla tarixə düşdü. Məhz COP29 sayəsində iqlim böhranına qarşı dünya ölkələrinin mübarizə imkanları yenidən, özü də daha güclü bir şəkildə səfərbər edildi. Iqlim dəyişmələrinin təsirinə məruz qalan, lakin buna qarşı mübarizə aparmaq üçün lazımi imkanlara malik olmayan yoxsul, inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemlərin aradan qaldırılmasına daha çox maliyyə və resurs sərf ediləcəyi ən mühüm məqamlardan biridir. Bu, COP29-un ədalət prinsipinin gözlənilməsi baxımından da tarixi nailiyyətinin təzahürü oldu.

Dünyanın zəngin ölkələri COP29-un yekununda qəbul edilən Bakı Maliyyə Məqsədi adlı qərara müvafiq olaraq, iqlim dəyişikliyinə hazırlaşmaq və qarşısını almaq üçün inkişaf etməkdə olan ölkələrə hər il rekord məbləğdə vəsait – 300 milyard ABŞ dolları verəcəklərini öhdəlik kimi götürdülər. Bu qərar 2035-ci ilə qədər qüvvədədir. İndiyə qədər bu məbləğ 100 milyard ABŞ dolları təşkil edirdi və heç də əlverişli şərtlərlə verilmirdi. COP29-da tamam yeni nəticələr əldə olundu, ayrılan məbləğ indiyədək baş tutan COP-ların tarixində əldə olunmuş rekord məbləğdir. Bu qəbul edilən qərardan sonra iqlim maliyyəsində yeni eranın başladığını bildirir.

COP29-da ən mühüm yeniliklərdən biri İtki və Zərər Fondu ilə bağlı oldu. Cənab Prezident İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında COP29-un nəticələri ilə bağlı etdiyi paylaşımda mühüm nailiyyətlərdən biri kimi, İtki və Zərər Fondunun tam işlək vəziyyətə gətirilməsini qeyd edib. Belə ki, sözügedən Fond artıq gələn ildən fəaliyyətə başlayacaq və bu, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələrinə qarşı mübarizəsində həyati əhəmiyyət kəsb edəcək. Kiçik ada dövlətlərinin iqlim böhranı ilə bağlı olaraq üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq fəaliyyətin həyata keçirilməsi Prezident İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilmişdi. İtki və Zərər Fondu artıq gələn ildən kiçik ada dövlətlərinə iqlim böhranına qarşı mübarizə üçün vəsaitlərin ödənilməsinə başlayacaq. Söhbət burada yüz milyonlarla dollardan gedir. İtki və Zərər Fonduna donor ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur.

 Azərbaycanın COP29 sədrliyi zamanı prioritetlərindən biri beynəlxalq sülh və təhlükəsizliyə dəstək olmaq idi. Ölkə başçısının tapşırığı ilə iqlim konfransları tarixində ilk olan COP atəşkəs çağırışı üzərində beynəlxalq tərəfdaşlarla iş aparıldı. COP29 sülh prosesinin nəticəsidir. Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq Azərbaycan gündəliyə bir neçə əlavə edə bilərdi və belə məsələlərdən biri də sülh idi. Əvvala, ona görə ki, Azərbaycan məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandı. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və qarşılıqlı addımlar atıldı. İlk dəfə idi ki, Azərbaycan və Ermənistan beynəlxalq arenada bir-birinə qarşı addım atmaq məcburiyyətində qalmadı. Qarşılıqlı dəstək olmasa da, bitərəf qaldı və bunun özü də bir nailiyyət idi.

Bu gün biz artıq qürurla deyə bilərik ki, COP 29-un yekunları bütün dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.    Dünya qəbul edir ki, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti indi getdikcə artır, bu, artıq heç kimin etiraz və ya təkzib edə bilməyəcəyi bir həqiqətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Noyabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see337

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see313

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see310

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see276

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see272

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see268

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see257

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see253

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see193

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri