Dövlət Bağçalı: Türkiyə və Azərbaycanın strateji əməkdaşlığı bəzi dairələri narahat edir
Icma.az bildirir, Apa.az portalına istinadən.
Türkiyə və Azərbaycanın strateji əməkdaşlığı bəzi dairələri narahat edir.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu fikirləri Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyasının iclasında səsləndirib.
MHP lideri qeyd edib ki, Türk dünyasının iki parlayan dövləti olan Türkiyə və Azərbaycanın dərin qardaşlıq münasibətlərinə kölgə salmaq istəyənlər heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər.
Azərbaycan-Ermənistan sülh prosesinə toxunan Bağçalı bildirib ki, 8 avqustda Vaşinqtonda imzalanmış bəyannamə bu prosesə mühüm təkan verəcək.
Partiya sədri, həmçinin, Vətən müharibəsində Azərbaycanın göstərdiyi əzm və qəhrəmanlığı yüksək qiymətləndirərək, Qarabağın işğaldan azad edilməsini tarixi qələbə adlandırıb. O, sülh prosesində atılan addımların müsbət nəticə verəcəyinə inandığını vurğulayıb.
Dövlət Bağçalı, həmçinin, “Zəfər Günü” və “Bayraq Günü” münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 11 Noyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















