Icma.az
close
up
RU
“Türk Dövlətləri Təşkilatının güclənməsi bəzi dairələri narahat edir” POLİTOLOQ ŞƏRH ETDİ

“Türk Dövlətləri Təşkilatının güclənməsi bəzi dairələri narahat edir” POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Bu gün Qəbələdə Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb. Tədbirdə üzv ölkələrin xarici siyasət rəhbərləri regional və beynəlxalq gündəmdə olan əsas məsələləri, həmçinin təşkilatın gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edirlər.

Qəbələdə keçirilən toplantının Azərbaycanda baş tutması həm siyasi, həm də simvolik baxımdan böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının qəbul etdiyi qərarlar bölgədə digər güc mərkəzləri – məsələn, Rusiya və Qərb – tərəfindən də diqqətlə izlənir və müxtəlif reaksiyalar doğura bilir.

Görəsən, Qəbələdə keçirilən toplantının Azərbaycanda baş tutmasının siyasi və simvolik əhəmiyyəti nədən ibarətdir və Türk Dövlətləri Təşkilatının qərarları bölgədə digər güc mərkəzləri tərəfindən necə qiymətləndirilir?

 Gununsesi.info-ya danışan politoloq Həşim Səhrablı mövzunu belə şərh edib:

“Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən növbəti görüşü nəticəsində qəbul olunacaq qərarlardan asılı olaraq, toplantının simvolik xarakter daşıyıb-daşımayacağı müəyyənləşəcək.

Əgər bu görüş də əvvəlkilər kimi əsasən standart məsələlər ətrafında fikir mübadiləsi ilə məhdudlaşacaq, əvvəlki qərarların möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr aparılacaqsa, bu, simvolik məna daşımayacaq.

Lakin iddia olunduğu kimi, Türkmənistanın tamhüquqlu üzv kimi, yaxud hər hansı digər dövlətin müşahidəçi statusunda qəbul edilməsi, əməkdaşlığın inkişafı üçün yeni sahələrin müzakirəsi və təşkilatın regional güc mərkəzinə çevrilməsi istiqamətində mühüm qərarların qəbul olunması baş verərsə, o zaman Qəbələdə keçirilən bu görüş simvolik məna kəsb edəcək.

Bu baxımdan belə qərarların məhz Azərbaycanda qəbul olunması iki mühüm mənada əhəmiyyət daşıyır. Birincisi, hələ təşkilata “Türk Dövlətləri Təşkilatı” adı verilməmişdən öncə, qurum “Türk Şurası” kimi fəaliyyət göstərərkən onun yaradılması qərarı da məhz Azərbaycanda qəbul edilmişdi.

Türk birliyinin ideoloji əsaslarının formalaşması və bu istiqamətdə atılan əməli addımların başlanğıcı Naxçıvanda qoyulmuşdu. Bu gün həmin birliyin daha da möhkəmlənməsi, güclənməsi, yeni fəaliyyət istiqamətləri üzrə fikir mübadilələrinin aparılması, eləcə də yeni üzvlərin və müşahidəçi dövlətlərin qəbul edilməsi məsələlərinin müzakirəsi də yenidən Azərbaycanda baş tutur”.

Politoloq vurğulayıb ki, təşkilatın fəaliyyət miqyası getdikcə genişlənir, strateji əhəmiyyəti isə artır:

“Bu baxımdan, Qəbələdə keçirilən növbəti zirvə görüşü həm simvolik, həm də strateji baxımdan böyük önəm daşıyır. Azərbaycan təkcə Türk dövləti kimi deyil, həm də Türk dünyasının birləşməsində lokomotiv və körpü rolunu oynayır. Bu, Azərbaycanın Türk birliyi üçün əhəmiyyətini, həm rəqib, həm də dost dövlətlər üçün strateji dəyərini bir daha nümayiş etdirir.

Türk Dövlətləri Təşkilatının qərarları isə bölgədəki digər güc mərkəzləri tərəfindən adətən qısqanclıqla qarşılanır. Rəqib və ya düşmən mövqeyində olan tərəflər bu birliyin hərbi, siyasi və iqtisadi sahələrdə genişlənməsindən, həmçinin möhkəmlənməsindən daim ehtiyat ediblər. Onlar Türk birliyinin real regional güc mərkəzinə çevrilməsinin qarşısını almağa çalışıblar”.

Həşim Səhrablı onu da qeyd edib ki, Türk Dövlətləri Təşkilatının yüksəlişi bəzi qüvvələrdə narahatlıq doğurur:

“Məhz buna görə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Macarıstan və digər Türk dövlətləri düşmənlərə və rəqiblərə inat olaraq bu birliyin güclənməsi, regional, eləcə də gələcəkdə qlobal güc mərkəzinə çevrilməsi istiqamətində səylərini artırmalıdır.

Bu addımlar milli gücün möhkəmlənməsi, xalqların sosial rifahının yüksəlməsi və yeni dünya düzənində Türk dövlətlərinin layiqli yer tutması baxımından mühüm əhəmiyyət daşıyır. Türk birliyinin güclənməsi həm xalqlarımızın rifahına, həm də regional sabitliyə ciddi töhfə verəcək”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Oktyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri