Icma.az
close
up
RU
Azərbaycanın güclənməsi təkcə ölkə üçün deyil, bütövlükdə region üçün vacibdir

Azərbaycanın güclənməsi təkcə ölkə üçün deyil, bütövlükdə region üçün vacibdir

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Son illər Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirərək, həm regionda, həm də onun hüdudlarından kənarda öz maraqlarını fəal şəkildə müdafiyə etməyə davam edir. Cənab Prezident İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi Forumunda CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibədə, ölkədə mövcud siyasi və iqtisadi vəziyyəti, eləcə də strateji niyyətləri əks etdirən əsas məqamlar səsləndirilib. Bu amillər, Azərbaycanın beynəlxalq hüquqa və müxtəlif tərəfdaşlarla əməkdaşlığa istinad olunaraq, mövqeyimizin necə gücləndiyini göstərir. Bu müsahibə Azərbaycanın hazırkı və gələcək vəziyyətini ciddi təhlil etmək üçün perspektivlər açır.

Azərbaycanın ən mühüm nailiyyətlərindən biri, beynəlxalq hüquq normaları əsasında həyata keçirilən ərazi bütövlüyünün bərpası olmuşdur. Dövlətimizin Başçısı bu prosesin daxili sabitliyi möhkəmləndirməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdə imicini yüksəltdiyini vurğuladı. Həqiqətən də, işğal olunmuş ərazilər üzərində nəzarətin bərpası inkişaf və qlobal iqtisadiyyata inteqrasiya üçün yeni imkanlar açıb ki, bu da Azərbaycanın beynəlxalq norma və standartlara əməl etmək əzmini nümayiş etdirir.

Geosiyasət baxımdan, Azərbaycan etibarlı mövqe tutur. Dövlətimizin Cənubi Qafqaz və Xəzər regionunda mövqeyini təhlil edərkən görmək olar ki, ölkə enerji resursları üçün mühüm tranzit dəhlizinə çevrilir. Təkmilləşdirilmiş infrastruktur və strateji layihələrlə Azərbaycan əsas enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirir. Mövcud əməkdaşlıq sazişləri Azərbaycanın Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirən logistika qovşağı kimi mövqeyini gücləndirir. Bu amil təchizat marşrutlarının şaxələndirilməsi və enerji axınlarının təhlükəsizliyinin gücləndirilməsi istiqamətində artan qlobal tendensiyalar fonunda xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması da mühüm müzakirə mövzusuna çevrildi. Bu proses ciddi hazırlıq və islahatlar tələb edir. Azərbaycanın ÜTT-a daxil olması prosesi qlobal iqtisadiyyata inteqrasiya yolunda mühüm addımdır. ÜTT-yə üzvlük beynəlxalq bazarlara çıxışı asanlaşdıracaq ki, bu da öz növbəsində yerli iqtisadiyyatın rəqabət qabiliyyətini gücləndirəcək. ÜTT-yə daxil olmaq həm də Azərbaycanın azad ticarət prinsiplərinə və investorların hüquqlarının qorunmasına sadiqliyinə işarədir ki, bu da əlavə xarici investisiyaları cəlb edəcəkdir. Qlobal iqtisadiyyata uğurlu inteqrasiya ölkənin gələcək inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addım olacaqdır.

Azərbaycanın beynəlxalq siyasətində əsas məqam Çinlə strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması oldu. Bu saziş iqtisadi və siyasi əməkdaşlıq üçün yeni üfüqlər açır. Azərbaycan qlobal iqlim dəyişikliyi kontekstində xüsusilə aktual olan yaşıl enerji sahəsində Çin investisiyalarından və texnologiyalarından faydalana bilər. Strateji tərəfdaşlıq həmçinin infrastruktur sahəsində daha sıx əməkdaşlığı ehtiva edir ki, bu da nəqliyyat əlaqələrini yaxşılaşdıracaq və yeni iş yerləri yaradacaq.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrin fəal inkişafı da Azərbaycanın çoxtərəfli münasibətlərə doğru strateji kursunu təsdiqləyir. 2022-ci ildə Azərbaycan ŞƏT-in müşahidəçi üzvü olub ki, bu da regionda təhlükəsizlik və iqtisadi inkişaf məsələlərinin müzakirəsində iştirak etmək imkanı yaradır. Bu əməkdaşlıq Azərbaycanın siyasi təsirini gücləndirməyə kömək edir, həmçinin ona terrorizm və transmilli cinayətkarlıqla mübarizə təşəbbüslərində iştirak etməyə imkan verir.

Ekoloji davamlılığa və yaşıl texnologiyaların inkişafına vurğu eyni dərəcədə vacibdir. Cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan günəş və külək enerjisi layihələrinə fəal şəkildə sərmayə qoyur. 2027-ci ilə qədər iki giqavat günəş və külək enerjisi, 2030-cu ilə qədər isə altı giqavat enerji istehsalına nail olmaq planlaşdırılır. Bu təşəbbüslər qlobal tendensiyalara uyğundur və daxili ehtiyaclara cavab verir, qalıq yanacaqlardan asılılığı azaldır və davamlı inkişafı təmin edir.

Yekun olaraq, cənab İlham Əliyevin müsahibəsi təkcə əldə edilmiş nəticələri deyil, həm də dövlətin qarşısına qoyduğu strateji hədəfləri vurğulayır. Azərbaycan beynəlxalq hüquq və strateji tərəfdaşlıq prinsiplərinə istinad edərək, beynəlxalq aləmdə inamlı mövqe tutur. Ölkə düzgün xarici siyasətin və beynəlxalq aləmdə fəal addımların necə mühüm uğurlara gətirib çıxara biləcəyini nümayiş etdirir. Ərazi bütövlüyünün bərpası, beynəlxalq strukturlara fəal inteqrasiya və strateji tərəfdaşlıq gələcək inkişaf üçün möhkəm zəmin yaradır. Qlobal çağırışlar kontekstində Azərbaycanın siyasi təsirini və iqtisadi artımını gücləndirmək üçün ciddi perspektivlər var ki, bu da təkcə ölkə üçün deyil, bütün region üçün vacibdir.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri