Azərbaycanın Gürcüstandakı ilk səfiri Hacan Hacısoy vəfat edib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tanınmış neftçi alim, diplomat və şair Hacan Hacısoy vəfat edib.
Bu barədə APA-ya Hacan Hacısoyun ailəsindən məlumat verilib. Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, bu yaxınlarda Hacan Hacısoyun 80 illik yubileyi qeyd olunmuşdu.
Hacan Hacısoy elm, diplomatiya və ədəbiyyat sahələrində uzun illər fəaliyyət göstərib. O, bir neçə şeir kitabının müəllifi olmaqla yanaşı, çoxsaylı elmi və bədii əsərlər qələmə alıb.
Hacan Hacısoy 1996–2004-cü illərdə Azərbaycanın Gürcüstandakı ilk fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Son illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) elmi-pedaqoji fəaliyyətini davam etdirirdi. Onun elmi, ədəbi və diplomatik fəaliyyəti ilə bağlı çoxsaylı kitabları nəşr olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 28 İyul 2026 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















