Icma.az
close
up
RU
AZƏRBAYCANIN İDXALI KƏSKİN ARTIR Ölkə iqtisadiyyatını nə gözləyir?

AZƏRBAYCANIN İDXALI KƏSKİN ARTIR Ölkə iqtisadiyyatını nə gözləyir?

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin 2025-ci ilin yanvar-aprel aylarına dair yaydığı rəsmi məlumatlara əsasən, ölkənin xarici ticarət strukturunda ciddi dəyişikliklər müşahidə olunur. İdxalın artım tempi ixracı xeyli üstələyir və bu, müsbət ticarət saldosunun sürətlə azalmasına, idxaldan asılılığın təhlükəli həddə yaxınlaşmasına səbəb olur.

Statistikaya görə, 2025-ci ilin ilk dörd ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 16.9 milyard dollar təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3.3 milyard dollar və ya 24 faiz artım deməkdir. Lakin ixrac cəmi 7.5 faiz artdığı halda, idxalda 49 faizlik yüksəliş müşahidə olunub. Bu göstəricilər daxili istehsalın zəifliyinə və tələbatın daha çox xarici mallarla ödənilməsinə işarə edir.

2025-ci ilin yanvar-aprel aylarında ölkəyə 8.1 milyard dollar dəyərində məhsul idxal olunub. Ən böyük pay (25%) maşın, mexanizm, elektrik aparatları və avadanlıqların payına düşür. Bu sahə texnoloji modernizasiya ilə sıx bağlıdır. Yüksək texnologiyalı məhsulların idxalı 8.1 faiz təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 14 faiz artım deməkdir.

Yeyinti məhsullarının idxalda payı 17.3 faizdir. Ət idxalı 70 faizə yaxın artaraq 4410 ton təşkil edib. Tikinti materialları – oduncaq, qara metallar və plastmassa məhsulları üzrə də artım var. Eyni zamanda, hibrid avtomobillərin sayı 22.3%, dəyəri 66.8% artıb. Elektrik avtomobillərinin sayı 33.9%, dəyəri isə 32.8% artıb.

İdxal artımının əsas səbəbləri bunlardır:

-İnfrastruktur layihələri:Dövlət büdcəsi hesabına həyata keçirilən layihələr idxalın artmasına təkan verib.

-Texnoloji yenilənmə:Maşın və avadanlıq idxalının artması sənaye sektorunun modernizasiyası ilə bağlıdır.

-Tələbatın yüksəlməsi:Əhali gəlirlərinin artması fonunda istehlak səviyyəsi də yüksəlib.

Hökumət müsbət saldo olduğunu bildirir – 651.7 milyon dollar. Lakin bu rəqəm ötən ilin eyni dövründəki göstəricidən 4.1 dəfə azdır. Mütəxəssislər hesab edir ki, bu saldo yalnız neft və qaz ixracı hesabına qorunur.

İqtisadçılar bu vəziyyəti aşağıdakı risklərlə izah edirlər:

--Neft gəlirlərində və hasilatında azalma;

-Qeyri-neft ixracının zəif inkişafı;

-İdxalın sürətlə artması.

Bu vəziyyət valyuta ehtiyatlarının azalmasına, manata təzyiqin artmasına və sərt monetar siyasətə keçidi zəruri edə bilər. Hökumət ÜDM-də 0.9 faiz artım proqnozlaşdırsa da, ekspertlər bu rəqəmin real iqtisadi vəziyyəti əks etdirmədiyini bildirirlər.

Milli valyutanın təzyiq altına düşməsi idxal məhsullarının bahalaşmasına və qiymət artımına səbəb ola bilər. Əhalinin xərcləri gəlirlərini üstələdikcə, orta təbəqənin alıcılıq qabiliyyəti zəifləyəcək və sosial narazılıqlar arta bilər.

İqtisadçı Vahid Məhərrəmlinin sözlərinə görə, 2025-ci ilin ilk 4 ayında yeyinti məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 11.9 faiz artıb:  “Xatırladım ki, 2024-cü ilin yanvar-aprel aylarında ölkəyə 773 milyon 337 min dollar dəyərində, 2025-cü ilin eyni dövründə isə 866 milyon 122 min dollar dəyərində yeyinti məhsulları idxal edilib. Bu ilin ilk 4 ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə yeyinti məhsulları idxalı dəyər ifadəsində 92 milyon 785 min dollar çoxalmışdır. Qeyd etməliyəm ki, son 5 ildə yeyinti məhsulları idxalı 63,3%, son 10 ildə isə 2,5 dəfədən çox artıb. Bu il buğda idxalı 57,2%, tərəvəz idxalı 12,8%, süd idxalı 38,5%, kərə yağı idxalı 59,8%, əsasən kəsim üçün nəzərdə tutulan heyvanların idxalı isə 2,6 dəfə artıb”.

Ekspert kənd təsərrüfatının vəziyyətindən narahatlığını bildirərək, aidiyyəti qurumların passivliyini tənqid edir.

Rasim Əliyev
AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 May 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri