Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub
Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın iki cüdoçusu Polşanın Pila şəhərində keçirilən 23 yaşadək gənclər arasında Avropa çempionatında qızıl medal qazanıblar.
Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Hüseyn Allahyarov (60 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Azərbaycanın digər təmsilçilərindən Aydan Vəliyeva (52 kiloqram) gümüş, Rüfət Şövlətov (73 kiloqram) isə bürünc mükafata layiq görülüb. Bununla da milli komanda turnirin ilk gününü 4 medalla başa vurub.
Qeyd edək ki, noyabrın 17-dək kimi davam edəcək Avropa çempionatında Azərbaycan 11 çəki dərəcəsində 15 idmançı ilə təmsil olunur.

Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub
15 Noyabr 2024 22:36
Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub AZƏRTAC
15 Noyabr 2024 21:24
Azərbaycanın iki cüdoçusu Avropa çempionu oldu YENİLƏNDİ Yeni Çağ Media
15 Noyabr 2024 22:41
Azərbaycanın daha bir veteran cüdoçusu dünya çempionu olub
06 Noyabr 2024 11:25

