Azərbaycanın iki ölkədə səfirliyi, bir dövlətdə isə baş konsulluğu hazırda fəaliyyət göstərmir
Hazırda Azərbaycanın üç xarici ölkədə Liviya və Suriyada səfirlikləri, həmçinin Ukraynanın Odessa şəhərindəki baş konsulluğu fəaliyyət göstərmir.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin Hüquq siyasəti və dövlət quruculuğu komitəsilə birgə keçirilən iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, 2001-ci ildə diplomatik xidmət haqqında qanun qəbul ediləndə təxminən 40-a yaxın diplomatik missiyamız var idi:
“Bu gün isə 71 səfirliyimiz, 5 daimi nümayəndə, Fələstində 1 təmsilçilik ofisi və 15 konsulluğumuz fəaliyyətdədir”.
MƏLUMAT YENİLƏNİR
Baxış sayı:96
Mənbə:https://report.az