Icma.az
close
up
RU
Azərbaycanın inkişaf konsepsiyası və suverenliyimizin rəmzi

Azərbaycanın inkişaf konsepsiyası və suverenliyimizin rəmzi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Konstitusiyamız yalnız hər bir vətəndaşa verilən hüquqlar toplusu deyil, həm də dövlətimizin inkişaf konsepsiyasıdır. Ali qanunumuz  bizə hüquq və azadlıqlar verməklə yanaşı inkişafımızın və gələcək istiqamətimizin yol xəritəsini müəyyənləşdirir. Azərbaycan müstəqilliyini elan etdikdən sonra Konstitusiyamızın qəbul olunması birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanaraq qəbul olundu.  

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. Deputat qeyd edib ki, hələ imperiya dövründə Ümummilli Lider Heydər Əliyev böyük prinsipiallıq və vətənpərvərlik nümunəsi göstərərək Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında “dövlət dili Azərbaycan dilidir” müddəasının yer almasına nail oldu. Bu həmin dövr üçün çox mühüm və cəsarətli addım idi, çünki milli kimliyin və dilin qorunması ideyası məhz Ulu öndərin təşəbbüsü ilə hüquqi əsas qazanmışdı. 1995-ci ildə də müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən də bu ənənə davam etdirildi və Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Beləliklə, Heydər Əliyevin dil siyasəti və milli dəyərlərə verdiyi önəm həm sovet dövründə, həm də müstəqillik illərində dövlət quruculuğunun əsas prinsiplərindən birinə çevrildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq Ulu öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edildi, təqvimin bu günü ölkəmizdə təntənəli şəkildə qeyd olunur. 

Konstitusiyanın qəbulu şübhəsiz ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Konstitusiyamız müstəqil dövlət quruculuğunu tənzimləyir, demokratik inkişafa zəmin yaradır və cəmiyyətin siyasi, sosial, mədəni və iqtisadi sahələrində köklü dəyişiklikləri əhatə edən mütərəqqi sənəddir.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün hüquqi baza yaratmış, hakimiyyət bölgüsünün prinsiplərini müəyyən etmişdir. İnsan və vətəndaş hüquqları ilə azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanlarının əsas vəzifəsi kimi təsbit olunub.

2020-ci ilin sentyabrından başlayan Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə nəticələndi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş uğurlu antiterror əməliyyatı ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu həm də onu göstərdi ki, Konstitusiyamız sadəcə sənəd deyil, faktiki olaraq torpaqlarımızın azadlığında və dövlətin möhkəmliyində özünü göstərir. 

Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Konstitusiyamıza verilən ən yüksək dəyər kimi qiymətləndirilə bilər. Bu addım həm Konstitusiyanın əhəmiyyətini bir daha vurğulayır, həm də xalqımızın hüquq və azadlıqlarının qorunmasının dövlət üçün prioritet olduğunu göstərir. Eyni zamanda dövlət suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi yolunda əldə edilmiş nailiyyətləri tarixə yazır. Bu baxımdan Konstitusiyamız yalnız dövlətin ali hüquqi sənədi deyil, həm də Azərbaycanın müstəqilliyinin, milli kimliyinin və suverenliyinin rəmzidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:297
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Noyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri