Icma.az
close
up
RU
Azərbaycanın Milli Təhlüksəzlik Konsepsiyası DƏYİŞƏCƏK

Azərbaycanın Milli Təhlüksəzlik Konsepsiyası DƏYİŞƏCƏK

Icma.az bildirir, Modern.az portalına istinadən.

2007-ci ildə Azərbaycanda Milli Təhlükəsizlik Konsepsiyası qəbul edilib. Konsepsiyanın 4.1.1-ci maddəsində deyilir:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir. Ərazilərin zəbt edilməsi və etnik təmizləmə ümumbəşəri dəyərlərə və Avropa dəyərlərinə, eləcə də sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsip və ideyalarına ziddir. Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə əlaqədar Azərbaycan Respublikasının səyləri dövlətlərarası siyasi razılaşmanın əldə olunması ilə məhdudlaşmır və bu razılaşmaya nail olduqdan sonra iki xalq arasında davamlı, qarşılıqlı sülhün və anlaşmanın bərqərar olmasına yönələcəkdir. Azərbaycan Respublikası ona qarşı təcavüzün və ərazisinin bir hissəsinin işğalının nəticələrini aradan qaldırmaq üçün münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə nizamlanmasının tərəfdarı olmaqda davam edir. Münaqişənin nizamlanmasının hüquqi və siyasi əsasları Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə, həmçinin ATƏT-in, Avropa Şurasının müvafiq sənəd və qərarlarında əks olunmuş beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Bu sənədlər Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq etmişdir. Münaqişə Azərbaycan Respublikasının işğal olunmuş bütün ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, bu ərazilərdə Azərbaycan Respublikasının suveren hüquqlarının bərpa edilməsi, məcburi surətdə çıxarılmış azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtması, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının dinc yanaşı yaşamasını və Azərbaycan Respublikasının tərkibində yüksək səviyyəli özünüidarəetməni təmin edən hüquqi statusun qanuni və demokratik proses çərçivəsində işlənib hazırlanması, ölkənin ümumi iqtisadi inkişafı, regional inteqrasiya çərçivəsində bu bölgənin kommunikasiyalarının bərpası və sosial-iqtisadi yüksəlişi üçün şəraitin yaradılması əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Ermənistan tərəfindən işğal olunmuş ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinin pozulması və həmin ərazilərdə qanunsuz fəaliyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır. Ermənistanın vaxtilə azərbaycanlılar yaşamış bölgələrində və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində tarixi və mədəni irsin məhv edilməsi, azərbaycanlıların yaşayış məntəqələrinin simasının dəyişdirilməsi kimi faktların araşdırılması və buna müvafiq qiymət verilməsi üçün Azərbaycan Respublikası mövcud siyasi və hüquqi vasitələrdən istifadə edərək bundan sonra da lazımi tədbirlər görəcəkdir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma və təbii sərvətlərin istismarı və mənimsənilməsi bu baxımdan xüsusi diqqət mərkəzində saxlanılacaqdır. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dövlət orqanlarının və vətəndaş cəmiyyətinin beynəlxalq səviyyədə və ölkə daxilində fəaliyyətlərinin və səylərinin uzlaşdırılması, Azərbaycan Respublikasına qarşı təcavüz və ərazisinin bir hissəsinin işğalı zamanı azərbaycanlılara qarşı törədilmiş soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətlərinin təqibi, "erməni problemi"nin hərtərəfli, dərindən tədqiqi, həqiqətlərin üzə çıxarılması və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, münaqişəyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin təmini məqsədi ilə kompleks işlərin görülməsi və sair istiqamətlərdə ardıcıl tədbirlər həyata keçirilməlidir”.

Görüldüyü kimi, konsepsiyada göstərilənlərin əksəriyyəti artıq öz həllini tapıb. Yəni indi nə torpaqlarımız işğal altındadır, nə də məcburi köçkün problemi var. Bunu və yeni çağırışları nəzərə almaqla Milli Təhlükəsizlik Konsepsiyasına dəyişikliklərə zərurət olduğu açıq sezilir.

Mövzu ilə əlaqədar Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Milli Təhlükəsizlik Konsepsiyasının bəzi müddəaları artıq yerinə yetirilib:

“Ən əsası odur ki, konsepsiyanın müəyyən müddəaları Azərbaycan dövləti tərəfindən yerinə yetirilib. Milli Təhlükəsizlik Konsepsiyası 2007-ci ildə qəbul olunanda Azərbaycan qarşısında çox ağırılı problemlər dururdu. Dünyada gedən dəyişikliklər istər-istəməz dövlətlər qarşısında yeni çağırışlar qoyur. Cənab Prezidentimiz bu yaxınlarda Beynəlxalq Hakimlər Assosiyasiyasının Bakıda keçirilən iclasına müraciətdə də bu çağırışların bəzilərini səsləndirdi. Ölkə başçısı süni intellekt, iqtisadiyyatın transformasiyası və sair məsələlərə toxundu”.

Deputat qeyd edib ki, bu baxımdan konsepsiyaya dəyişikliklərin edilməsi tamamilə gözləniləndir:

“Ən böyük problemlər həll edilib. Torpaqlarımız işğaldan azad edilib və keçmiş məcburi köçkünlər öz dədə-baba topraqlarına qayıdırlar. Yəni bu baxımdan Milli Təhlükəsizlik Konsepsiyasına dəyişiklik edilməsi gözlənilir. Bu,  artıq zaman məsələdir. Yuxaırda səsləndirdiyimiz müddəaların konsepsiyadan çıxarılması ilə yanaşı, cənab Prezidentin səsləndirdiyi məsələlərin də orada əks etdirilməsi gözləniləndir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri