Icma.az
close
up
RU
Ulu Öndərin inkişaf konsepsiyası Azərbaycanın uğur modelidir

Ulu Öndərin inkişaf konsepsiyası Azərbaycanın uğur modelidir

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zəngin tarixə və mədəniyyətə malik Azərbaycan bu gün sürətli inkişaf tempinə və əldə etdiyi misilsiz sosial-iqtisadi nailiyyətlərə görə təkcə regionda deyil, qlobal miqyasda mühüm mövqeyə malikdir. Ölkəmizin günü-gündən artan qüdrəti, xalqımızın durmadan yaxşılaşan maddi rifah halı Azərbaycanın dünya birliyində nüfuzunu artırır, onu beynəlxalq əhəmiyyətli yüksək məclislərdə söz sahibinə çevirir. Amma bu uğurlar asanlıqla əldə edilməyib. Bütün bu uğurların təməli müstəqil Azərbaycan dövlətçiliyinin memarı, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə qoyulmuşdur.

Ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı çox keçmədən suverenliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Bir tərəfdən arası kəsilməyən hərbi təcavüz və xarici təzyiqlər, digər tərəfdən daxildəki siyasi xaos, özbaşınalıq, hakimiyyət çəkişmələri ölkədə sosial-iqtisadi vəziyyəti böhranlı həddə çatdırmışdı. Siyasi səriştəsizlik və naşılıq məngənəsində boğulan, vətəndaş qarşıdurması ilə sınağa çəkilən Azərbaycan dövləti uçurum qarşısında idi. Paytaxtda siyasi xaos baş alıb getdiyi ötən əsrin 90-cı illərinin əvvəllərində Ümummilli Liderin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında cəmiyyət quruculuğu sahəsində qətiyyətli addımlar atılırdı. Azərbaycan xalqı belə cəsarətli, düşünülmüş və məqsədyönlü, ümummilli mənafelərə xidmət edən addımların ölkə miqyasında da atılmasını tələb edirdi. Belə bir şəraitdə 15 iyun 1993-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmaqla, xilaskarlıq missiyasını həyata keçirdi, inkişaf və tərəqqi tarixinin əsasını qoydu.

Məhz Ümummilli Lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Təbii ki, heç bir ölkədə siyasi və iqtisadi islahatları sabitlik olmadan həyata keçirmək mümkün deyil. Ona görə də qısa zamanda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi sayəsində ölkəmizdə siyasi sabitlik təmin olundu, Dağlıq Qarabağ cəbhəsində atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi layihələr icra olunmağa başladı. Qısa müddətdə ölkədə siyasi sabitlik yaratmağa nail olan dahi rəhbər dövlətimizin və millətimizin qurtuluşuna imza atdı, Azərbaycanın əbədi müstəqilliyinin qarantı olan tərəqqi və inkişaf konsepsiyasını müəyyənləşdirdi. Suveren respublikamızın iqtisadi yüksəlişinin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edən yeni neft strategiyası hazırlanıb həyata keçirildi. Bütün xarici və daxili təzyiqlərə baxmayaraq, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı və Azərbaycan tarixində yeni bir səhifə açıldı. İlk dəfə olaraq Azərbaycan Respublikası öz təbii sərvətlərinin əsl sahibinə çevrildi. Ulu öndər Heydər Əliyevin uzaqgörən enerji strategiyası çərçivəsində bölgədə analoqu olmayan nəhəng layihələr həyata keçirilməyə başladı. Bu qlobal enerji layihələri ölkəmizin müstəqilliyini möhkəmlətməklə yanaşı, onun siyasi nüfuzunu da artırdı və bütün regionda geosiyasi vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb oldu.

Dünyanın aparıcı dövlətləri və şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” və bunun nəticəsi olaraq xarici investisiyaların ölkəmizə cəlbi Azərbaycanın iqtisadi böhrandan çıxarılmasında mühüm rol oynadı. Ölkəmizdə dövlət quruculuğu prosesinə başlandı, güclü ordunun yaradılmasına start verildi, Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Beynəlxalq aləmdə Azərbaycan Respublikasının dünya ölkələri ilə ikitərəfli əlaqələrinin qurulması, ölkənin xarici siyasət strategiyasının müəyyən olunması böyük dövlət xadiminin həm də mahir diplomatik bacarığının əməli ifadəsi idi. Bir sözlə, 1993-2003-cü illər müstəqil Azərbaycanın Milli Qurtuluşdan başlanan intibahının birinci mərhələsidir.

Bu baxımdan, vurğulamaq lazımdır ki, Ümummilli Liderimizin işləyib hazırladığı inkişaf konsepsiyası bu gün də müstəqil Azərbaycanın uğur modelidir və həmin model onun layiqli davamçısı, siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Əgər bu gün Azərbaycan dünya dövlətləri sırasında öz mühüm, əhəmiyyətli mövqeyini tutursa, bu Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının yaşaması, yaşadılmasıdır. Dövlət başçımız öz müdrik strategiyası, məqsədyönlü siyasəti ilə hər zaman öz xalqına arxalanıb, xalq isə Prezidentinə öz etimadını xalq-iqtidar vəhdəti ilə sübuta yetirməkdədir. Elə bu birliyin nəticəsi idi ki, dünya güclərinin dəstəyi ilə Qarabağı işğal etmiş erməni faşistləri 44 günlük müharibə nəticəsində torpaqlarımızdan təmizləndilər. Bu gün Qarabağda, Şərqi Zəngəzurda nəhəng quruculuq işləri həyata keçirilir. 30 il ərzində öz torpaqlarından didərgin salınmış vətəndaşlarımız yeni və müasir konseptlə salınmış kəndlərinə, şəhərlərinə qovuşurlar. Bütün bunlar isə tariximizin qürur səhifəsi olan Milli Qurtuluş Gününün xalqımıza bəxş etdiyi danılmaz, əbədi reallıqdır.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyun 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri