Icma.az
close
up
RU
Azərbaycanın sülh və inkişaf konsepsiyası ŞƏRH

Azərbaycanın sülh və inkişaf konsepsiyası ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi geniş və məzmunlu müsahibə Azərbaycanın 2025-ci il üzrə əldə etdiyi strateji nailiyyətlərin, formalaşmış yeni siyasi-iqtisadi reallıqların və gələcəyə hesablanmış dövlət idarəetmə kursunun dolğun mənzərəsini təqdim edir. Dövlət başçısının bu müsahibəsi ötən ilin yekunlarının təhlili olmaqla yanaşı, eyni zamanda ölkənin orta və uzunmüddətli inkişaf trayektoriyasını müəyyən edən fundamental işlərin ictimaiyyətə açıq şəkildə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Müsahibədə səsləndirilən fikirlər həm də Azərbaycanın müstəqil, güclü və söz sahibi olan dövlət kimi mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir.

Bu müsahibə Ermənistan–Azərbaycan münaqişəsinin siyasi baxımdan başa çatdığını və Qələbənin beynəlxalq müstəvidə təsdiqləndiyini aydın şəkildə ortaya qoyur. Müsahibədə verilən mesajlar Azərbaycan cəmiyyətinin müharibə psixologiyasından quruculuq və tərəqqi mərhələsinə keçidini ifadə edir. Eyni zamanda, müsahibə ölkənin müstəqil daxili, xarici siyasət kursunu və beynəlxalq nüfuzunun artmasını nümayiş etdirir. İqtisadi sabitlik və maliyyə dayanıqlığı ilə bağlı vurğular Azərbaycanın gücünün möhkəm iqtisadi əsaslara söykəndiyini təsdiqləyir. Ümumilikdə, bu müsahibə qalib Azərbaycanın yeni mərhələdə sülhə, inkişafa və strateji sabitliyə yönəlmiş siyasi iradəsinin konseptual ifadəsidir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, 2025-ci il Azərbaycan üçün həqiqətən də tarixi il olmuşdur. Məhz həmin il Ermənistan–Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən tam və qəti son qoyulmuş, döyüş meydanında qazanılmış parlaq Qələbə beynəlxalq siyasi müstəvidə təsdiqlənmişdir. Azərbaycan xalqı və dövləti uzun onilliklər boyu müharibə və qeyri-sabitlik şəraitində yaşadıqdan sonra ilk dəfə olaraq real sülh dövrünə qədəm qoymuşdur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, sülh şəraitində yaşamağın nə demək olduğunu Azərbaycan cəmiyyəti indi öyrənir və artıq cəmi bir neçə ay ərzində bu sülhün siyasi, iqtisadi və sosial bəhrələri aydın şəkildə hiss olunmaqdadır. Cəmiyyətdə sabitliyə və təhlükəsizliyə inamın artması, gələcəyə nikbin baxış və sosial-psixoloji rahatlıq dövlətin qarşısında duran vəzifələrin daha inamla və sistemli şəkildə icrasına şərait yaradır.

Müsahibədə Azərbaycan–Amerika münasibətləri xüsusi strateji kontekstdə təqdim olunur. Prezident İlham Əliyev bildirir ki, müstəqillik illəri boyunca bu münasibətlərin üzərində bir kölgə kimi dolaşan “907-ci düzəliş” Azərbaycanın milli maraqlarına zidd, ədalətsiz və siyasi sifarişli bir qərar olmuşdur. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi, Xocalı soyqırımının törədildiyi bir dövrdə belə bir düzəlişin qəbul edilməsi beynəlxalq ədalətsizliyin bariz nümunəsi idi. Dövlət başçısı həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan səriştəsiz və qeyri-peşəkar qüvvələrin bu prosesə laqeyd münasibətini də açıq şəkildə xatırladaraq, müasir Azərbaycan diplomatiyasının bu gün hansı səviyyədə olduğunu müqayisəli şəkildə ortaya qoyur.

Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə Azərbaycan–ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlandığı xüsusi vurğulanır. “907-ci düzəliş”in faktiki olaraq aradan qaldırılması, Strateji İşçi Qrupunun yaradılması, strateji tərəfdaşlıq xartiyasının hazırlanması və Vaşinqtonda paraflanmış sülh sazişi Azərbaycanın beynəlxalq mövqeyinin gücləndiyini, ölkəmizin etibarlı və praqmatik tərəfdaş kimi qəbul edildiyini nümayiş etdirir. Zəngəzur dəhlizinin açılmasının ABŞ Prezidenti tərəfindən dəstəklənməsi isə bu layihənin artıq regional deyil, qlobal geosiyasi əhəmiyyət daşıdığını göstərir.

Prezident İlham Əliyev müsahibədə iqtisadi siyasətin əsas istiqamətlərini də geniş şəkildə şərh edir. Azərbaycanın iqtisadi cəhətdən tam müstəqil dövlətə çevrildiyi, xarici borcun ÜDM-in tarixi minimum səviyyəsinə endirildiyi, valyuta və qızıl ehtiyatlarının rekord həddə çatdığı xüsusi qeyd olunur. Dövlət başçısının strateji qərarı nəticəsində qızıl ehtiyatlarının artırılması Azərbaycanın maliyyə təhlükəsizliyini daha da möhkəmləndirmiş, Dövlət Neft Fonduna milyardlarla dollar əlavə gəlir qazandırmışdır. Beynəlxalq reytinq agentliklərinin Azərbaycanın kredit reytinqini müsbət istiqamətdə yeniləməsi isə ölkə iqtisadiyyatının dayanıqlığının beynəlxalq səviyyədə də tanındığını təsdiqləyir.

Nəqliyyat və kommunikasiya məsələləri Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer tutur. Zəngəzur dəhlizi artıq sadəcə bir yol layihəsi deyil, regionun iqtisadi və geosiyasi xəritəsini dəyişdirən strateji arteriya kimi təqdim olunur. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, Şərq–Qərb, Şimal–Cənub və Orta Dəhliz marşrutlarının kəsişməsində ölkəmizi aparıcı tranzit mərkəzinə çevirəcək. Ermənistan üzərindən və İran istiqamətində alternativ yolların mövcudluğu Azərbaycanın regional proseslərdə təşəbbüskar və yönləndirici rolunu bir daha təsdiqləyir.

Enerji siyasəti sahəsində Prezident İlham Əliyevin baxışları Azərbaycanın gələcək inkişaf modelinin əsas konturlarını müəyyənləşdirir. Azərbaycan artıq yalnız ənənəvi neft-qaz ixracatçısı olmaqla yanaşı, eyni zamanda yaşıl enerji, süni zəka və rəqəmsal infrastruktur sahəsində regional liderliyə iddialı dövlətdir. Günəş və külək enerjisi üzrə minlərlə meqavatlıq layihələrin icrası, enerji şəbəkəsinin gücləndirilməsi, batareya saxlanc sistemlərinin qurulması və data mərkəzlərinin yaradılması ölkənin enerji təhlükəsizliyini və ixrac potensialını daha da artırır. Avropa üçün etibarlı enerji tərəfdaşı olan Azərbaycanın bu rolu gələcək illərdə daha da möhkəmlənəcək.

Prezident İlham Əliyev müsahibədə idarəetmə və kadr siyasəti məsələsinə toxunaraq dövlət idarəçiliyinin əsas probleminin strukturdan daha çox insan amili ilə bağlı olduğunu açıq və prinsipial şəkildə ortaya qoyur. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinin daha çevik və operativ olması Prezident tərəfindən müsbət qiymətləndirilsə də, vurğulanır ki, istənilən idarəetmə modelinin uğuru birbaşa onu icra edən kadrların şəxsi keyfiyyətlərindən asılıdır. Dövlət başçısı konkret nümunələr əsasında göstərir ki, etimad göstərilən, lakin bu etimadı doğrultmayan məmurların vəzifədən uzaqlaşdırılması prinsipial və ardıcıl xarakter daşıyır və bu prosesdə nə yaş, nə də vəzifə toxunulmazlıq yaradır. Gənc və ya yaşlı olmasından asılı olmayaraq, qanun pozuntularına yol verən, korrupsiyaya bulaşan və sosial ədalət prinsiplərini tapdalayan kadrlar barəsində sərt qərarların verilməsi dövlətin dəyişməz mövqeyidir.

Prezident İlham Əliyevin bu məsələyə xüsusi həssaslıqla yanaşması təsadüfi deyil, çünki Zəfərdən sonrakı dövrdə cəmiyyətdə formalaşmış yüksək əhvali-ruhiyyə, milli qürur və inkişaf gözləntiləri məmur məsuliyyətini daha da artırır. Dövlət başçısı açıq şəkildə bildirir ki, vəzifə böyük etimaddır və bu etimad yalnız dürüst, vicdanlı və xalqa xidmət edən kadrlar tərəfindən doğruldula bilər. Bu kontekstdə ictimai nəzarətin rolu xüsusi vurğulanır, çünki qəbul edilən bir çox kadr qərarları məhz yerlərdən daxil olan siqnalların çoxpilləli və obyektiv araşdırılması nəticəsində verilir. Prezident İlham Əliyevin bu yanaşması göstərir ki, dövlət idarəçiliyində şəffaflıq, məsuliyyət və ictimai etimad əsas prinsip olaraq qalır və gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda özünü doğruldan idarəetmə modelinin ölkənin digər bölgələrində də tətbiqi məhz bu prinsiplərə uyğun kadr siyasəti ilə mümkün olacaq.

Müsahibənin ən dərin ideoloji-mənəvi məqamlarından biri Prezident İlham Əliyevin torpaq anlayışına yanaşmasıdır. İşğal dövründə torpaq ağrı, itki və nisgil rəmzi idisə, bu gün azad edilmiş Qarabağ və Şərqi Zəngəzur quruculuq, həyat və inkişaf məkanı kimi dərk olunur. Prezident İlham Əliyevin şəxsi xatirələr və duyğular üzərindən bu mövzunu izah etməsi, Vətən müharibəsində hər bir azad edilmiş kəndin, hər bir şəhidin timsalında torpağın necə müqəddəs məna daşıdığını göstərməsi bu müsahibəyə xüsusi emosional və tarixi dəyər qazandırır.

Ümumilikdə, 2026-cı il yanvarın 5-də verilmiş bu müsahibə müasir Azərbaycanın iqtisadi-siyasi cəhətdən güclü ölkə kimi nüfuz qazanması, müharibədən sonra formalaşan yeni dövlətçilik fəlsəfəsinin ifadəsi kimi çıxış edir. Bu müsahibə göstərir ki, Azərbaycan gücünü yalnız silahda deyil, siyasi iradədə, iqtisadi müstəqillikdə, diplomatik çeviklikdə və milli birlikdə tapmış dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası artıq qalibiyyətin məsuliyyətini daşıyan, sülhü qorumağı bacaran və gələcəyə inamla irəliləyən güclü dövlət kimi tarixdə öz yerini möhkəmləndirir.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Yanvar 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri