Azərbaycanın iqtisadi artımı ilə bağlı nikbin proqnoz
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın real ümumdaxili məhsulunun (ÜDM) artımının 2026–2027-ci illərdə 2,5–3% səviyyəsində olacağını proqnozlaşdırır.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Moody’s”in Azərbaycanın bank sisteminin perspektivlərinə dair hesabatında bildirilir.
Bu göstərici 2025-ci il üçün gözlənilən 1,5% və 2024-cü ildə qeydə alınmış 4,1% artımla müqayisədə daha yüksəkdir.
Agentliyin qiymətləndirməsinə görə, iqtisadi artımın sürətlənməsi əsasən qeyri-neft sektorunun sabit inkişafı ilə bağlı olacaq.
Bank əməliyyatlarının böyük hissəsi məhz bu sektorun payına düşür.
Hesabatda qeyd olunur ki, bu tendensiya kreditləşmənin artımını, bank sektorunda aktivlərin keyfiyyətinin qorunmasını və rentabelliyin saxlanmasını dəstəkləyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Fevral 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















