Icma.az
close
up
RU
Azərbaycanın Avrasiya üçün önəmi Şanxay zirvəsində

Azərbaycanın Avrasiya üçün önəmi Şanxay zirvəsində

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti bu qurumun indiyə qədər keçirdiyi ən böyük tədbir idi. Bu baxımdan Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri Azərbaycan – Çin münasibətlərində mühüm bir mərhələnin başlanğıcı və ölkəmizin beynəlxalq platformalarda uğurlu iştirakının növbəti mühüm hadisəsi kimi qiymətləndirilir.

Qürurla qeyd edim ki, Azərbaycan liderinin Çində qarşılanma mərasimindən tutmuş, dövlət başçımıza bütün tədbirlərdə göstərilən xüsusi diqqət ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi idi. Prezidentin sammitdəki çıxışı da diqqətlə izlənildi. Cənab İlham Əliyev öz nitqində daha çox Azərbaycan – Çin əlaqələrinə yer  ayırdı.

Ölkə başçısı Azərbaycanın regionda Çinin etibarlı tərəfdaşı olduğunu söyləyərək konkret faktlarla əsaslandırdı. Cənab İlham Əliyev bildirdi ki, bu il Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə birgə bəyanat imzalanıb və bu tarixi hadisə Azərbaycan – Çin münasibətlərində yeni bir səhifə açıb.

Dövlət başçımız Çinin irəli sürdüyü bütün qlobal təşəbbüsləri dəstəklədiyini bildirdi. Çinin təşəbbüsləri BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış addımlardır.

Dünyanın ən güclü dövlətlərinin zirvəsində dayanmasına baxmayaraq, bəzilərindən fərqli olaraq, Çin özünü üstün tutmur, münasibətləri qarşılıqlı hörmət və ədalət prinsipləri üzərində qurur. Dövlət başçımızın çıxışında “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır” deməsi, əlbəttə ki, yaratdığımız yeni reallıqla regionumuzun təhlükəsizliyinin yeni arxitekturasını yaratmaqla Çinin qlobal təşəbbüslərini reallıqda dəstəkləyir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsini dəstəkləyərək real töhfələr verən ilk ölkədir.

Prezident İlham Əliyevin Çinə səfəri və orada keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi daha da möhkəmləndirib. Hindistanın cəhdlərinə baxmayaraq, Azərbaycan ŞƏT-də tərəfdaş statusu qazanıb.

Dünyanın böyük iqtisadi və təbii resurslarına malik olan ŞƏT hazırda qlobal güc mərkəzlərindən biridir və onunla tərəfdaş olmaq Azərbaycana əlavə imkanlar yaradır. Bu strateji mövqe Azərbaycanın həm regional iqtisadi layihələrdə, həm də qlobal miqyasda diplomatik proseslərdə iştirakını və rolunu artırır.

Prezident İlham Əliyevin Çinə səfəri və sammit çərçivəsində keçirdiyi görüşləri bilavasitə Azərbaycanın iqtisadi, siyasi və strateji maraqlarının təmin olunmasına, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir. Azərbaycan ŞƏT daxilində fəal iştirak edərək həm iqtisadi, həm də diplomatik baxımdan əhəmiyyətli üstünlüklər qazanır, Qlobal Şərq və Qlobal Qərb arasında etibarlı tərəfdaş və strateji körpü kimi mövqeyini möhkəmləndirir.

Prezidentin Çin səfərində diqqətçəkən bir neçə protokol məqamları da siyasi əhəmiyyət kəsb edir. Vaşinqton razılaşmasında sonra məhz Çində Azərbaycan rəhbəri ilə erməni baş nazir arasında ilk görüş də baş tutdu. Heç bir vasitəçi olmadan, məhz birbaşa təmasla baş tutan bu görüşdən sonra ATƏT-in Minsk qrupunun rəsmi şəkildə buraxılması da mühüm hadisə idi.

Eyni zamanda keçirilən tədbirlərdə Azərbaycan və İran prezidentlərinin doğma ana dilində səmimi söhbətləri diqqətdən qaça bilməzdi. Heç şübhəsiz ki, Çində keçirilən tədbirlərlə bağlı son aylardakı gərginliklər fonunda Azərbaycan və Rusiya prezidentlərinin görüşünün baş tutub-tutmayacağı əsas müzakirələr sırasında idi. Sammit zamanı yalnız bir dəfə onların ayaqüstü salamlaşması baş tutdu. Azərbaycan Prezidentinin yüksək diplomatik qürur və qətiyyəti ilə müşahidə olunan bu görüşün ardınca Putinin “Əsaslı münasibətlər və qarşılıqlı maraqlar hər şeyi öz yerinə qoyacaq” bəyanatı da ciddi müsbət rezonans doğurdu. Azərbaycanın haqlı tələbləri qarşısında Kreml rəhbərinin susqunluğu bu şəkildə pozması daha bir həqiqəti –  “Haqq nazilsə də, üzülməz” deyimini təsdiqləmiş oldu.

Azərbaycan artıq torpaqlarının 20 faizi işğal olunmuş məğlub ölkə, biçarə xalq deyil. Biz  qalib xalqıq və özümüzə qarşı layiq olduğumuz hörməti tələb edirik. Qaba gücdən istifadə etməklə Azərbaycanın qərarlarına təsir etmək mümkün deyil. Bir də ki, Azərbaycanın və Rusiyanın mənafeləri tarixi əlaqələri olan yaxın qonşular kimi dostluq və əməkdaşlıq şəraitində yaşamağı zəruri edir.     

Tənzilə RÜSTƏMXANLI
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri