Icma.az
close
up
RU
Azərbaycanın Keniyadakı səfiri bu ölkənin Baş naziri ilə görüşüb FOTO

Azərbaycanın Keniyadakı səfiri bu ölkənin Baş naziri ilə görüşüb FOTO

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniyanın Baş naziri, eyni zamanda, xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə görüşüb.

Səfirlikdən Milli.Az-a bildirilib ki, görüşdə iki ölkə münasibətlərinin cari ildəki inkişafının dinamikasından razılıq ifadə olunub və il ərzində baş tutan yüksək səviyyəli intensiv səfərlərin ikitərəfli və çoxtərəfli sahələrdə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə olduğu qeyd olunub.

Baş nazir M.Mudavadi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto arasında cari ilin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən görüşün və liderlər arasında səmimi münasibətlərin iki ölkənin mənafeyinə xidmət etdiyini bildirib. O, cari ildə xarici işlər nazirlikləri arasında baş tutan ilk siyasi məsləhətləşmələrin, ardınca, xarici işlər naziri Ceyhun Bayramovun Keniyaya rəsmi səfərinin ikitərəfli əlaqələrdə vacib mərhələ olduğunu dilə gətirib.

Mövcud əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan maksimum bəhrələnməyin vacibliyini qeyd edən səfir Sultan Hacıyev cari ildə enerji, İKT, məhkəmə-hüquq, parlamentlərarası əlaqələr, penitensiar xidmət və təhsil sahələrində əldə olunan nəticələri qeyd edib. O, həmçinin bildirib ki, Azərbaycanın "ADA" Universiteti ilə Keniyanın Xarici və Diaspora İşləri Nazirliyinin Xarici Xidmət Akademiyası arasında imzalanan Anlaşma Memorandumunun diplomatik xidmət orqanları arasında tərəfdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Səfir 2026-cı ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək WUF13-ün hazırlıq prosesi, təşəbbüslər, planlaşdırılan tədbirlər barədə həmsöhbətini məlumatlandırıb. O, Forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün keçiriləcəyini diqqətə çatdırıb. Qlobal şəhərsalma çempionu olaraq qəbul edilən Azərbaycan və Keniyanın dayanıqlı şəhərsalma və iqlim sahəsində beynəlxalq əməkdaşlığın təşviq edilməsi, o cümlədən COP-WUF platformaları arasında bu proseslər üzrə əlaqənin gücləndirilməsi fəaliyyətində WUF13-ün sıx işbirliyi fürsəti olacağı vurğulanıb.

Görüşdə "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində keniyalı gənclərə verilən təhsil təqaüdlərinin, Heydər Əliyev Fondunun və Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin Keniyadakı məktəb və xəstəxanalara humanitar yardımlar göstərməsinin xalqların dostluq münasibətlərinin möhkəmləndirilməsinə böyük təsir etdiyi səsləndirilib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Dekabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri