Icma.az
close
up
RU
Azərbaycanın legionersiz KLUBU Bu komandada ancaq yerli futbolçular oynayır

Azərbaycanın legionersiz KLUBU Bu komandada ancaq yerli futbolçular oynayır

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Ötən mövsüm yaradılan “Şəfa” klubu ikinci liqadakı oyunu ilə bir çoxlarının diqqətini cəlb etdi. Komanda bir sıra yerli təcrübəli futbolçuları heyətə cəlb etməklə diqqət mərkəzinə düşdü. Xüsusilə də komandanın futbolçulara 2-ci liqaya xas olmayan yüksək maaş verməsi çoxlarının diqqətindən yayınmamışdı.

“Şəfa”nın daha bir özəlliyi komandanın legionersiz oynamasıdır. Klub rəhbərliyi yarandığı gündən bəri bu strategiya ilə hərəkət edir və gələcəkdə də əsasən yerli futbolçulara güvənmək fikrindədir.
Bəs görəsən komandanın heyətinə legioner cəlb etməməsinin səbəbi nədir?
Bununla bağlı “Şəfa”nın prezidenti Sərdar Salmanzadəyə müraciət etdik. Klub rəsmisi Bizim.Media-ya açıqlamasında legionersiz oynamalarını yerli futbolçulara verdikləri diqqətlə əlaqələndirdi:
“Legionersiz oynamağın tərəfdarıyıq və bu stretegiyanı davam etdirəcəyik. Biz klub olaraq hesab edirik ki, bu gün ölkəmizdə yetərincə istedadlı futbolçu var və onların bir çoxunu heyətə cəlb etmişik. Misal üçün bizdə Tərlan Quliyev, Amil Yunanov kimi təcrübəli oyunçular oynayır. Bu mövsüm “Səbail”dən Əlirza Müştəbehzadə, “Neftçi”dən İsmayıl Zülfüqarlı kimi oyunçuları transfer etmişik. Onlar kimi heyətdə kifayət qədər yaxşı futbolçumuz var.
Biz niyə axı pulu legionerlərə xərcləməliyik?! Bu vəsaiti öz futbolçularımıza veririk və inanırıq ki, uğur qazanacağıq. Klub olaraq maliyyə imkanlarımız yaxşıdır və keyfiyyətli futbolçuları cəlb edirik ki, onlar məqsədlərimizə çatmağa bizə yardımçı olsunlar”.
Klub prezidenti bu mövsüm əsas hədəflərinin Premyer Liqaya vəsiqə qazanmaq olduğunu dedi:

“Birinci Liqada əsas hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaqdır. Bunun üçün bütün imkanlarımız var. Heyətimiz yaxşıdır və mən inanıram ki, transfer etdiyimiz futbolçularla məqsədimizə nail olacağıq. Futbolun inkişafı baxımından ciddi strategiyamız var. Hazırda İtaliya, İngiltərə və Portuqaliya kimi ölkələrin uşaq futbolu sistemi ilə maraqlanırıq. Öz işimizi buna uyğun quracağıq ki, yaxşı futbol akademiyamız olsun və yeni oyunçuların yetişdirilməsi naminə Azərbaycan futboluna dəstək olacağıq”.
Rəşad Rafiqoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Sentyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri