Azərbaycanın magistral neft kəmərləri ilə nəql etdiyi neftin 75 faizi BTC nin payına düşüb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 12 sentyabr, AZƏRTAC
Yanvar-avqust aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 4,8 faiz azalaraq 24 milyon 566,5 min ton təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 74,7 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-avqust ayları ərzində bu kəmərlə neft nəqli 5,33 faiz azalaraq 18 milyon 356,5 min ton olub.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,3 faizini və ya 15 milyon 469 min tonunu Azərbaycanda hasil edilən neft, 15,7 faizini və ya 2 milyon 887,5 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bu il Azərbaycanın magistral kəmərləri ilə 23 mlrd. kubmetrdən artıq qaz nəql olunub
15 Avqust 2025 15:21
Bu il Azərbaycanın magistral kəmərləri ilə 20 mlrd. kubmetrdən artıq qaz nəql olunub
11 İyul 2025 16:20
Gürcüstanın ötən il idxal etdiyi elektrik enerjisinin 47 faizi Azərbaycanın payına düşüb
09 Fevral 2025 15:17
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
05 Noyabr 2024 11:40

