Icma.az
close
up
RU
Azərbaycanın məşhur plastik cərrahı ilə bağlı ARAŞDIRMA BAŞLADI

Azərbaycanın məşhur plastik cərrahı ilə bağlı ARAŞDIRMA BAŞLADI

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Daha bir cərrah əməliyyat zamanı canlı yayın açaraq prosesi izləyicilərinə nümayiş etdirib.

Oxu.Az Lent.az-a istinadən bildirir ki, son zamanlarda cərrahların əslində sterilliyi daim qorunmalı olan və heç bir yad cismin daxil olmadığı əməliyyat otağından paylaşımlarının ard-arası kəsilmir.

Sosial şəbəkələrdə "Azər-Türk Med" klinikasında plastik cərrahın əməliyyat zamanı "TikTok" platformasında canlı yayın açması ilə bağlı görüntülər yayılıb.

Görüntülərdən məlum olur ki, bədənşəkilləndirmə əməliyyatı zamanı işçilərdən biri musiqi sədaları altında yazılan şərhləri oxuyur və cavablandırır. Həkimlər isə bu əsnada xəstədən piy çıxarmağa davam edirlər. Bu hadisə izləyicilərin tənqidinə səbəb olub.

Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.

Məsələ ilə bağlı əməliyyatda iştirak edən cərrah Təbəssüm Qurbanova münasibət bildirib.

"Başa düşürəm, hazırda plastik cərrahların işi gündəmə açıq bir mövzudur. İnsanlar bilmədən qınayırlar, amma mən qanunazidd heç bir addım atmamışam. Canlı yayımlarda nə əlcəksiz, nə maskasız, nə da saçı açıq bir tibb işçisi görə bilərsiniz. Çünki bizim əməliyyatlarda bütün sterillik qorunur. Biz əksər əməliyyatlarımız zamanı sosial şəbəkələrdə canlı yayım açırıq. Bu, bizim işimizin düzgün şəkildə təbliği üçün yararlıdır. Xüsusilə də bədənşəkilləndirmə əməliyyatı bugünkü gündə diqqətçəkən mövzudur. Mənim pasiyentlərim elə canlılarıma baxaraq müraciət edirlər".

"Xəstənin icazəsi məsələsinə gəldikdə isə mənim əməliyyat masama uzanan hər bir pasiyent canlı yayım açacağım ehtimalının olduğunu bilir. Əvvəlcədən biz bütün xəstələrin buna razılığını alırıq", - deyə cərrah əlavə edib.

Onu da əlavə edək ki, xarici ölkələrdə pasiyent haqqında məlumatı yayan həkimlər həbs olunur. Sosial şəbəkələrdə, televiziyalarda həkimləri kiminsə reklam etməsi böyük bir biabırçılıqdır. Bu cür paylaşımlar, canlı yayımlar korporativ maraqlara xidmət edir. Belə hallar təbabətin mənəvi göstəriciləri ilə ziddir.

Analitik Ekspertiza Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, qeyd edilən faktın qanunvericilik çərçivəsində araşdırılması üçün tapşırıq verilib.

Tədbirlər görülür. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Qeyd edək ki, yaxın günlərdə də oxşar bir hadisə baş verib. Mama-ginekoloq Ləman Əliyevaya əməliyyat zamanı iş yoldaşları tərəfindən sürpriz edilib. Belə ki, hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şam üfürüb.

Bu görüntülərin sosial şəbəkədə yayılmasından sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən yoxlamalara başlanılıb. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2000 manat cərimələnib.

Azərbaycanın məşhur plastik cərrahı ilə bağlı ARAŞDIRMA BAŞLADI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Yanvar 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri